ABŞ Prezidenti Barak Obama şərqi Asiya Zirvəsində iştirak etmək məqsədi ilə Myanma Birliyi Respublikasına gedib.
ABŞ prezidenti paytaxt Naypyidada Prezident Theyn Seynlə görüşərək Myanmadakı vəziyyəti müzakirə edib.
Obama Myanmada gələn il keçiriləcək seçkilərə əhalinin çox hissəsinin iştirakının təmin edilməsini məsləhət görüb: “Myanmada demokratiya yaranmaqdadır. Dəyişməyin çətin və həmişə düz xətt üzrə reallaşmadığının fərqindəyik. Müsəlman birliyinin haqlarına hörmət edilməlidir”.
Xatırladaq ki, Prezident Obama səfəri zamanı, eyni zamanda Nobel Sülh Mükafatı sahibi myanmalı demokratiya müdafiəçisi Aung San Suu Çii ilə də görüşüb.