Bu qadınlar ölmək üçün Allaha yalvarır

15-11-2014, 01:40   
Bu qadınlar ölmək üçün Allaha yalvarır

Qızların yetkinlik yaşına çatmamış ərə verilməsi bütün dünya tərəfindən qlobal problem kimi dəfələrlə qabardılsa da, bu hal şərq ölkələrində, xüsusən Suriyada hələ də təkrarlanmaqdadır.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kiçik yaşda baş verən evliliklərlə bağlı aparılan araşdırmalar dünyadakı hər 3 qızdan birinin uşaq yaşlarında ailə qurmasının fəsadlarla nəticələndiyini göstərib.

Suriyada gedən gərgin döyüşlərin qız uşaqlarına verdiyi psixoloji pozuntuların ardınca kiçik yaşda ailə qurmağa məhkum olmaları bəzən dəhşətli sonluqlarla nəticələnir.

Türkiyədə “Qadın və Demokratiya Dərnəyi”nin təşkil etdiyi “Zərər çəkmiş qadınlar” mövzusunda keçirilən konfransda Tülay Gökçimən bəzi dəhşətli faktlara aydınlıq gətirib. Onun bildirdiyinə görə, əksər suriyalı qadınlar döyüşün tezliklə bitməsi və ədəbləri ilə ölmələri üçün dua edirlər.

Bundan əlavə o, müharibə şəraitində yaşayan qız uşaqlarının kiçik yaşda ərə verilməsinin böyük bir haqsızlıq olduğunu vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.