Beynəlxalq Bank “AST Telman”ın mülkünü əlindən aldı

15-11-2014, 10:56   
Beynəlxalq Bank “AST Telman”ın mülkünü əlindən aldı
Azərbaycanlı oliqarx müflis olur ; Telman İsmayılov krediti qaytara bilmədiyi üçün bank yəhudi biznesmenin daşınmaz əmlakının bir hissəsini öz mülkiyyətinə keçirib; ümumi dəyəri 140 milyon dollar olan yarımçıq qalmış mehmanxana ərazisində torpağın bir sotunun qiyməti milyon dollardan yuxarıdır; iş adamının borcları isə milyarda çatır...
Telman İsmayılovun(“AST Telman”) daha bir biznes obyekti əlindən çıxıb. Moskvada ümumi dəyəri 140 milyon dollar olan yarımçıq qalmış mehmanxananın aktivlərinə Azərbaycan Beynəlxalq Bankı əl qoyub.


Belə görünür ki, T.İsmayılov nə vaxtsa Beynəlxalq Bankdan da iri məbləğdə kredit götürübmüş və indi o, krediti qaytara bilmədiyi üçün bank yəhudi biznesmenin daşınmaz əmlakının bir hissəsini öz mülkiyyətinə keçirib. Nikitski bulvarında mehmanxana tikintisi üçün nəzərdə tutulan torpaq sahəsini T.İsmayılovun “AST” şirkətlər qrupu 2004-cü ildə icarəyə götürüb. Oliqarx orada lüks otel-apartament inşa etməyə hazırlaşırdı. Lakin Moskva meriyasının Arxitektura Şurası layihəni bəyənməyib. Şura bu ərazidə otel inşasının ümumi arxitektura ansambla zidd olacağını bildirib.

T.İsmayılovun icarəyə götürdüyü torpaq sahəsinin yerində “Solovinlərin evi” kimi tanınan və Moskva aristokratiyasına məxsus dördmərtəbəli tarixi mülk yerləşir. Bu ərazidə isə torpağın bir sotunun qiyməti milyon dollardan yuxarıdır. Moskva şəhərinin İnvestisiya layihələrinin reallaşdırılması və şəhər quruculuğu Komitəsinin (lMoskomstroyinvest») rəhbəri Konstantin Timofeyev hələ bir müddət əvvəl bildirmişdi ki, əgər ilin sonuna qədər lAST» şirkətləri qrupu həmin torpaq sahəsi ilə bağlı yeni layihə təqdim etməsə və ya ərazini başqa investora verməsə, torpaq sahəsinin geri alınması barədə qərar verəcəklər.

Bu ilin iyul ayında isə Kiyevin keçmiş meri Leonid Çernovetskinin kürəkəni Sergey Yançukovun “Manqazeya” şirkəti T. İsmayılov barəsində Kipr məhkəməsinə şikayət edib. İddiada T. İsmayılovun şirkətə olan 100 milyon dollar borcunun geri qaytarılması tələb olunurdu. İddiaçı tərəf məhkəməyə müraciətində qeyd edib ki, 2010-cu ilin sentyabrında “Sezaria LTD” şirkəti Telman İsmayılovun “Tandum LTD” şirkətinə 1 illik 10%-lə 50 milyon dollar kredit verib. Bu kredit üzrə faizlər hər ay ödənilib və 2011-ci ilin fevralında “Tandum LTD” “Sezaria LTD” daha bir kredit götürüb. Bu dəfə də kreditin həcmi 50 milyon dollar olsa da, amma vəsait iki illiyə götürülüb. Bundan sonra borcun ödəmə müddətlərini uzadan “Tandum LTD” ilə daha bir neçə razılaşma imzalanıb. Son müddət 2013-cü ilin sentyabrına təyin edilib. 2013-cü ilin aprelində isə Telman İsmayılovla borcun ödənilməsi ilə bağlı zəmanət müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən şirkət bu krediti ödəməyəcəyi təqdirdə öhdəliklər Telman İsmayılovun üzərinə düşür. Ancaq buna baxmayaraq ödəmələr edilməyib. Məhz bu səbəbdən “Sezaria LTD” şirkəti Kipr məhkəməsinə müraciət edib. Kipr məhkəməsi isə “Mardan Palace”nin bank hesablarını dondurub.



“Manqazeya”nın iddia etdiyi əmlaklar, eləcə də Türkiyədə olan lüks otel kompleksi “Mardan Palace”, 3-cü idman dairəsində olan “Safisa” şadlıq sarayı, Qaribaldi küçəsində yerləşən “Marina” ticarət mərkəzləri də vardı. Bu aktivlərin ümumi qiymətini 1,6 milyard dollar qiymətində dəyərləndirilir.



“Manqazeya” qrupunun nümayəndələri “Kommersant” qəzetinə bildiriblər ki, həqiqətən Nikita bulvarı 6/20 ünvanda yerləşən mehmanxana Azərbaycana aid olan Beynəlxalq Bankın nəzarətini keçib.(ANS). Bu da T. İsmailovun borcların yerinə aktivlərin verilməsini kölgə altına qoyur.

2009-cu ildə “Çerkizovsk” bazarının Putinin göstərişi ilə bağlanmasından sonra T. İsmayılov Rusiyanı tərk edib və faktiki olaraq Moskvadakı biznes fəaliyyətini dayandırıb. “AST Telman” ləqəbli oliqarx Rusiyadakı biznes aktivlərini oğulları Ələkbər və Sərxanın, habelə qohumu Zaur Mərdanovun adına rəsmiləşdirib.

T.İsmayılovun əsas nağd gəlirləri lÇerkizovsk» bazarından daxil olduğu üçün bazarın bağlanmasından sonra onun gəlirləri kəskin azalıb. Məlumatlara görə, T. İsmayılov lBank Moskva»ya olan 107 milyon dollar kredit borcunu ödəmək üçün Moskvada ona məxsus olan lPraqa» restoranını və lTropikano»nu artıq satıb.

T.İsmayılovun Türkiyədə də işləri yaxşı getmir. Onun 1,5 milyard dollarlıq lMardan Palace» oteli ziyanla işləyir. Türkiyənin dövlət bankı olan lHalk Bank»a on milyonlarla dollar borcludur.



“Mardan Palace” otelinə yatırılan pulları geri qaytarmağın çətin olduğunu iqtisadçılar əvvəlcədən hesablamışdılar. Oteldə nömrələrin qiyməti bir neçə yüz dollardan bir neçə min dollara qədər dəyişir. Dəbdəbəli açılış mərasimi sayəsində məşhurlaşan otelin müştəriləri arasında əvvəllər varlı ərəb şeyxləri, Hollivud ulduzları, iri biznesmenlər olurdu. Ancaq son vaxtlar müştərilər azalıb, Türkiyə qəzetləri yazmışdı ki, mövsüm olmasına baxmayaraq, oteldə yerlərin yarısı boş qalır. T. İsmayılov atasının adını verdiyi otelə yatırdığı pulları geri qaytara biləcəyinə əslində özü də əmin deyildi və müsahibələrinin birində demişdi ki, ola bilsin yatırdığı investisiya heç vaxt qayıtmasın.

Qeyd edək ki, “AST Telman” azərbaycanlı oliqarxlardan təşkil olunmuş, şərti adı “Milyarderlər İttifaqı” adlanan qurumda təmsil olunurdu. Azərbaycan hakimiyyəti ilə münasibətləri onsuzda yaxşı olmayan T.İsmayılıov bu ittifaqa qoşulandan sonra ümumiyyətlə Bakıya gəlməyi yasaq olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.