«Trace International» təşkilatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə barədə iddiaları alt-üst etdi
“Trace International” biznes təşkilatı özünün Qlobal Rüşvət Riski Indeksi adlı göstəricisini tədqim edib.
“Trace Matrix” adlanan bu indeks hər bir ölkə üzrə 100 ballıq sistemlə hesablanır. Ideya ondan ibarətdir ki, hər bir ölkədə iş görən sahibkar burada ondan rüşvət istəniləcəyi riskini qiymətləndirə bilsin.
Məsələn, Nigeriya 100 baldan 97 bal yığıb. Bu o deməkdir ki, burada rüşvətsiz iş görmək praktiki olaraq mümkün deyil.
Indeks biznesin hökumətlə qarşılıqlı əlaqələri, korrupsiya əleyhinə qanunların vəziyyəti, hökumətin və vətəndaş cəmiyyətinin açıqlığı, şəffaflığı, medianın durumu kimi sahələrə qiymət verilməsi əsasında müəyyən olunur.
197 ölkə arasında Azərbaycan rüşvət riskinə görə 140-cı yeri tutur. Müqayisə üçün deyək ki, Gürcüstan 11-ci, Ermənistan 87-ci, Rusiya 134-cü yerdədir. Biznesə rüşvət riskinin ən az olduğu ölkələr Irlandiya, Kanada, Yeni Zelandiya, Honq Konq, Isveç və başqalarıdır. Özbəkistan 194-cüdür. Ən axırıncı yerdə isə Nigeriyadır.
Beləliklə, “Trace International” təşkilatı Azərbaycan hakimiyyətinin ölkədə korrupsiyaya qarşı mübarizə aparıldığı barədə iddialarını alt-üst edib.