Ağdamda helikopterin vurulması vəziyyəti gərginləşdirib
Region Ağdam üzərində Ermənistan helikopterinin vurulmasına rəsmi Moskvanın laqeyd yanaşması erməni mətbuatında Rusiyaya nifrət çıxışlarını gücləndirib.
əsas hücumlar Ermənistanın y yanvar 2015-ci il tarixdən daxil olacağı Avrasiya İttfaqına edilir.
“Ermənistan qərb maliyyə təşkilatlarından çox sayda kreditlər və qrantlar alır. Başqa ölkələrdən fərqli olaraq, bu kreditlərin bir hissəsi birbaşa Ermənistan büdcəsinə - dövlətin sosial öhdəliklərinin yerinə yetirilməsinə gedir. Çoxları pensiya və müavinətləri bu kreditlərdən alır. Ermənistanın Avrasiya İttifaqına girməsindən sonra bu “dilənçi” sistemi dəyişəcəkmi? Moskva Ermənistana heç bir zəmanət, xüsusilə də pul verə bilməyəcək?”- deyə Ermənistanın tanınmış şərhçisi Naira Ayrumyan bu gün yazdığı məqaləsində bildirir.
Digər şərhçilər isə Rusiyanın Azərbaycana silah satmasını gündəmə gətiriblər: “Rusiyalı ekspertlər ölkələrinin Azərbaycana silah satmasına vejsiz yanaşırlar, deyirlər ki, Moskva MDB-də ən iri silah bazarı olan Azərbaycanı əldən buraxmaq istəmir. Həmin silahla erməni helikopterinin vurulmasına isə tüpürmək belə istəmirlər”, - deyə erməni jurnalist Hraçya Qalustyan vuruğulayıb.