Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran kriminal dəstə tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Narkotiklə qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsində və oğurluqda şübhəli bilinən qrupun üzvləri, Bakı şəhər sakinləri – 1989-cü il təvəllüdlü Ruslan Babayev, Zaur Kazımov, Nazim Babayev yaxalanaraq istintaqa təhvil verilib.
İlkin əməliyyat istintaq araşdırmaları ilə müəyyən olunub ki, şübhəli şəxslər mağazalardan taladığı qiymətli spirtli içkiləri və şirniyyatları paytaxt ərazisində dəyər-dəyməzinə sataraq, əldə olunan gəliri bərabər bölüblər. Z. Kazımov, N. Babayev bu vəsaiti narkotiklərə, R. Babayev öz şəxsi ehtiyaclarına xərcləyərək vətəndaşlara külli miqdarda maddi ziyan vurublar.
Şübhəli şəxslər ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.