İŞİD-in qan donduran edam səhnəsi bütün dünyanı lərzəyə salıb.
terror qrupu bu dəfə Roma İmperiyasının məşhur "çarmıxa çəkmək" üsulundan istifadə edib.
İŞİD-in ürəyi hesab edilən Rakkada təşkilatın vəhşi bir edam səhnəsi reallaşıb.
Bu dəfə öz üzvünü edam edən İŞİD-in yeni bir taktika tətbiq edəcəyi diqqətdən yayınmayıb. Vəhşilikdə sərhəd tanımayan İŞİD həmin şəxsin öncə başını kəsib, sonra da Roma İmperiyasında olduğu kimi çarmıxa çəkib.
Sosial şəbəkələrdə paylaşılan bu fotoşəkil İŞİD vəhşiliyinin daha bir sübutuna çevrilib.