Almaniyada İŞİD-ə dəstək verdiyi üçün həbs edilən 38 yaşlı Məhəmməd A. həbsxanada kürd məhbusun hücumuna məruz qalıb.
Məhəmməd A. aldığı zərbələr nəticəsində xəstəxanaya yerləşdirilib. Alman polisi İŞİD xadimini döyən kürd məhbus barəsində cinayət işi açıb.
Məhəmməd A. ilə eyni həbsxanada olan 24 yaşlı qardaşı İsmayıl İssa da döyülmək təhlükəsi ilə qarşı-qarşıya qalıb.
Həbsxana rəhbərliyi çıxış yolunu İŞİD-çini bir nəfərlik kameraya keçirməkdə görüb.
Qeyd edək ki, ötən il Məhəmməd A. və qardaşları Almaniyanın Ştutqart bölgəsində İŞİD-ə dəstək verdikləri üçün həbs ediliblər.