Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gəncədə rektor-icra başçısı qarşıdurması

15-11-2014, 18:39   
Gəncədə rektor-icra başçısı qarşıdurması


Yusif Yusifov Elmar Vəliyevə qarşı kampaniya aparır?



Gəncənin icra başçısı Elmar Vəliyevlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov arasında ziddiyyətlər yaranıb. Bu barədə anaxeber.info-a Gəncədəki mənbələr məlumat verib. Məlumatlarda bildirilir ki, ziddiyyətlərə səbəb Elmar Vəliyevin universitetə öz kadrını təyin etmək istəməsilə bağlıdır. Bildirilir ki, Elmar Vəliyevin bu niyyətindən xəbər tutan Yusif Yusifov ona qarşı mediada kampaniyaya başlayıb. İddialar görə, son günlər mətbuatda Elmar Vəliyev barəsində gedən tənqidi materiallar məhz rektorun “əməyinin məhsuludur”. Məlumatlara görə, Elmar Vəliyev bu niyətindən əl çəkməsə Yusif Yusifov onun barəsində daha ilginc faktları mediaya ötürmək niyyətindədir. Gələn xəbərlərdə həmçinin deyilir ki, rector icra başçısı ilə bağlı Prezident Administrasiyasına da şikayət məktubları təşkil etdirir.
Bəzi iddialara görə, Elmar Vəliyev də artıq ona qarşı kampaniyanın arxasında Yusif Yusifovun dayanmasından şübhələnir. İcra başçısı yaxın ətrafına bununla bağlı ciddi araşdırmalar aparmaq barədə göstəriş verib. Əgər bu şubhələr özünü doğrultsa o zaman Yusif Yusifovla Elmar Vəliyev arasındakı ziddiyyətlər pik həddə çata bilər
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar