ABŞ Baş Qərargah rəisi, general Martin Dempsey Mosulu İŞİD-dən azad etmək üçün ABŞ quru qoşunlarının hərəkətə keçəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, ABŞ Nümayəndələr palatasının Silahlı Xidmətlər Komitəsində bu barədə danışan general Dempsey hücumun ABŞ tərəfindən təkbaşına reallaşdırılmayacağını, əsas rolu İraq ordusunun oynayacağını deyib:
“İraqın Suriya ilə sərhədində və Mosulda terrorçuların məhv edilməsi üçün ABŞ qüvvələri İraq ordusuna kömək edəcək. Terrorçuları məhv etmək üçün 80 min yaxşı təlim keçmiş döyüşçüyə ehtiyac var”.
Xatırladaq ki, bir neçə gün öncə Prezident Barak Obama İraqda ABŞ hərbçilərinin sayının 1600-dən 3100-ə çatdırılması barədə göstəriş verib.