İŞİD-ə aid gizli sənədlər ortaya çıxdı: pul paylanır

15-11-2014, 20:30   
İŞİD-ə aid gizli sənədlər ortaya çıxdı: pul paylanır

Almaniya Radio Televiziya Qurumu "Süddoyç Çaytunq" İŞİD-lə bağlı diqqətə səbəb olacaq gizli sənədlər əldə edib.

Axar.az xəbər verir ki, əldə edilən sənədlərdə təşkilatın dövlət quruculuğunda xeyli yol qət etdiyi ortaya çıxıb.

İraqda nəzarəti altında olan bölgələrdə İŞİD-in inzibati orqanlarda sosial yardım etdiyi barədə yazışmalar üzə çıxıb. İŞİD-in xəstələrə, ölən və ya həbsdə olan döyüşçülərin ailələrinə, yeni evlənənlərə maddi yardım etdiyi bildirilir.

Sənədlərdə döyüşçülər barədə bilgilər yer alır. Savaş zamanı həyatını itirənlərin yaxınlarına məlumat verilməsi üçün telefon nömrələri olan siyahı tutulub, həmçinin şəhid statusu verilməsi istiqamətində də bir sıra addımlar atılıb.


Təşkilatın əlində olan bölgələr öz büdcələrini yaradıb. İŞİD daha varlı regionların yoxsul regionlara yardım göstərməsi üçün sosial xidmət ayırıb.


Silah ticarəti ilə bağlı gəlir və xərclərin də dəqiqliklə hesaba alındığı görünür. İŞİD "M-4" tüfənglərinin hər biri üçün 8200 dollar məbləğində ödəniş edib. ABŞ istehsalı olan gecə danışıq cihazları üçün də 2900 dollar ayrılıb. Hər iki silah da yalnız İraq ordusunda olub. Buna görə də İraq ordusu bəzi komandirlərin bu silahları İŞİD-ə satdığını güman edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.