Azərbaycanlı İŞİD-çilər Feysbukda belə təşkilatlanır - Foto

15-11-2014, 21:20   
Azərbaycanlı İŞİD-çilər Feysbukda belə təşkilatlanır - Foto

“İslam dövləti” tərəfdarı olan azərbaycanlılar sosial şəbəkələrdə kifayət qədər fəallaşıblar. Feysbuk şəbəkəsində aktivlik nümayiş etdirən azərbaycanlı vəhhabilər açıq şəkildə İŞİD-ə dəstək bəyan edir, video və fotolar paylaşır, Allah uğrunda cihadın vacibliyini təbliğ edirlər.

Axar.az-ın araşdırması zamanı məlum olub ki, bir çox hallarda Feysbuk istifadəçisi olan radikal təriqət üzvləri saxta adlarla qeydiyyatdan keçirlər. Ancaq onların arasında öz ad-soyadından istifadə edənlər də az deyil.

Əslində, vəhhabilər bir neçə il əvvələ qədər cəmiyyətdən özlərini təcrid edirdilər, adi insanlarla ünsiyyətdən qaçırdılar, onlarla təmas qurmaq imkanlar məhdud idi. Son dövrlər isə bazarlarda, ticarət mərkəzlərində cəmiyyətə inteqrasiya ediblər, mətbuata müsahibələr verirlər, sosial şəbəkələrdə fəallıq göstərirlər.

Axar.az onlardan bir neçəsinin Feysbuk profillərini təqdim edir. Qeyd edək ki, əksəriyyəti adlarının qarşısına “əbu” xitabını yazır. Məsələn, Əbu Məhəmməd Azəri, Əbu Zərr Azəri və s.

Əksəriyyəti profil fotolarında İŞİD-in bayrağını yerləşdirir. Habelə, Suriya və İraq torpaqlarında öldürülən azərbaycanlılar haqda video çarxlar hazırlayır, onlar Allah uğrunda ölən şəhidlər kimi təqdim edilir. Məsələn, Rüstəm Əsgərov haqda belə bir sujet yayımlanıb. O, Çeçenistanda, Qarabağda döyüşüb, ötən il isə Suriyada öldürülüb.



Maraqlıdır ki, hələlik bu təhlükəli tendensiyaya Azərbaycan hüquq-mühafizə orqanları reaksiya verməyiblər. Nəzərə alsaq ki, sosial şəbəkələr hazırda təbliğat üçün geniş imkanlar verir, onda narahatlıq üçün kifayət qədər əsaslar olduğuna şübhə yoxdur.

Sözügedən şəxslərin Feysbuk linklərini təqdim edirik.

https://www.facebook.com/profile.php?id=100004665424459&fref=pb&hc_location=profile_browser

https://www.facebook.com/ebuhuseyn.azeriel?fref=ts

https://www.facebook.com/ebumuxammed.azeri?fref=ts

https://www.facebook.com/muhammedibnilham?fref=ts

https://www.facebook.com/abumuhammed.rustam?fref=ts

https://www.facebook.com/djixadfisebililleh?fref=ts

https://www.facebook.com/senansalafi?fref=ts

facebook.com/pages/Əbu-Fadl-əl-Azəri/262376820625128?fref=ts​
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.