Saakaşvilinin tərəfdarları hakimiyyət əleyhinə aksiyalara start verdilər[media=http://www.youtube.com/watch?v=rCPGWlhGGEg]
Region Gürcüstan torpaqlarının Rusiyaya birləşdirilməsinə hakimiyyətin göz yummasına etiraz edən gürcülər kütləvi aksiya keçiriblər. Minlərlə aksiyaçı parlament qarşısına Abxaziyanın anneksiyasına etiraz olaraq toplaşmışdı.
ötən həftə hökumətin istefalar dalğası ilə üzləşən Gürcüstan hakimiyyəti bu gün rusiyapərəst siyasətinə görə qınaq obyekti olub.
Tiflisin mərkəzi prospektlərindən olan Rustavellidə nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılıb. Hazırda iştirakçılar mitinqin keçiriləcəyi köhnə parlament binasının qarşısına doğru hərəkət edirlər.
Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının keçirdiyi mitinqdə 10 minə yaxın insan iştirak edirdi. Etirazçılar Abxaziya və Cənubi Asetiya ərazilərinin Rusiyaya tam birləşdirilməsinə qarşı çıxırlar. Onlar Gürcüstan hakimiyyətini bu məsələyə göz yummaqda ittiham edirlər.
Mitinqdə Gürcüstanla yanaşı Ukrayna, Avropa Birliyi və ABŞ bayraqları dalğalanırdı. “Rusiya dayan!”, “Putin dayan!” yazılarının olduğu plakatlar da diqqət çəkirdi.
Təşkilatçılar belə mitinqlərin davamlı olacağını bəyan ediblər.
Ötən gün isə parlament iclasıni baykot edən Vahid Milli Hərəkat Partiyasının deputatları spiker David Usupaşvilinin çıxışını dinləmədən zalı tərk ediblər. Buna səbəb isə iclasın əvvəlcədən deyildiyi kimi prezident Georgi Marqvelaşvili ilə debat şəklində keçməməsi olub.