“Ukraynalılar Rusiya ordusunu Qafqazda lərzəyə salmışdılar”.
Axar.az Politnavigator.net-ə istinadən xəbər verir ki, bu açıqlama ilə “Sağ sektor”un Kiyev vilayətinin rəhbəri İqor Mazur çıxış edib.
O, 90-cı illərdə Rusiyanın Krım işğal etmək planının qarşısını aldıqlarını bildirib:
“1993-cü ildə Rusiya Baş Qərargahı Abxaziyadakı hərbi əməliyyatın oxşarını Krım üçün də hazırlamışdı. Bu planın qarşısı sonradan Gürcüstan uğrunda vuruşan ukraynalı sülhməramlılar tərəfindən alındı. Situasiya yalnız Suxumi yaxınlığındakı döyüşlərdə uzandı. Mən oraya 1993-cü ilin iyununda gedib, noyabrında qayıtdım. 6 ay orada ukraynalılar Gürcüstan üçün döyüşdü. Sayımız 20 nəfərdən az olsa da, rus döyüşçüləri daima bu faktordan qorxurdu. Ukraynalıların olduğu cəbhələrdə ruslar aktiv hərbi əməliyyatlar keçirməməyə çalışırdılar”.[media=http://www.youtube.com/watch?v=R_JaW-SCIzY]