BMT-nin İŞİD hesabatı

16-11-2014, 03:00   

Əcnəbi döyüşçülər qruplaşmada hegemon mövqe tutublar

Dünya BMT-nin 300 nəfərdən alınmış ifadələr əsasında hazırlanmış hesabatı dünya ölkələrini İŞİD komandirlərini hərbi və bəşəriyyətə qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi qarşısına gətirməyə çağırır.

İŞİD terror qruplaşması komandirləri Suriyanın şimal-şərqində baş kəsmək, daşqalaq etmək, mülkiləri və əsirləri güllələməklə kütləvi miqyasda törədilmiş hərbi cinayətlər üçün məsuliyyət daşıdıqları BMT müstəntiqləri tərəfindən xüsusi vurğulanıb.

“Hərbi hücumlarının ardınca ələ keçirdikləri əsirləri və mülkiləri kütləvi şəkildə öldürməklə İŞİD üzvləri icrası icbari olan beynəlxalq insan haqları qanunlarını açıqcasına pozmuş, kütləvi miqyasda müharibə qətlləri cinayətləri törətmişlər” – deyə hesabatda deyilir.

Hesabatda bu da bildirilir ki, əcnəbi döyüşçülər qruplaşmanın sıralarına qoşulub və onun rəhbər strukturunda hegemon mövqe tutublar.

BMT-nin ayrı bir hesabatında Suriya və İraqa 15 min əcnəbi döyüşçünün səfər etdiyi bildirilir.

Döyüş meydanlarından alınan ən son məlumatlarda xəbər verilir ki, İraqda hökumət qoşunları Baici şəhərindəki neftayırma kompleksini İŞİD-in əlindən geri alıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.