Ehsan israfçılığına son qoyuldumu?

16-11-2014, 10:23   
Ehsan israfçılığına son qoyuldumu?

Yas məclislərində ehsan israfçılığı davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ehsan islahatları ilə bağlı tövsiyəsinə baxmayaraq, mərasimlərdə buna çox az halda əməl olunur.

Axar.az-a verilən məlumatlara görə, əsasən Aran və cənub rayinlarında ehsan israfçılığı olduğu kimi qalıb. Ölkənin qərb və şimal-qərb bölgələrində isə bəzi yerlərdə ehsan israfçılığına son verilib. Ancaq sentyabr-oktyabr aylarında başlanmış kampaniya əvvəlki sürətdə davam etmir. Sanki gözəgörünməz bir əl başlanan bu müsbət tendensiyanın qarşısını kəsməkdədir.

Xatırladaq ki, ilk gündən Qafqaz Müsəlmanları İdarəsi israfçılığın əleyhinə olduğunu bildirsə də, bu təbliğatın heç də önündə getmədi. Əksinə, bəzi məqamlarda “heç kim ehsana müdaxilə edə bilməz” mövqeyini sona qədər qorudu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.