Qərb liderləri Putinlə soyuq davrandı

16-11-2014, 11:08   
Qərb liderləri Putinlə soyuq davrandı
G-20-nin sammitinin keçirildiyi Avstraliyada Rusiya prezidenti Putinə soyuq münasibət göstərilib. Hav alimanında Rusiya prezidentini ikinci dərəcəli məmurlar qarşılayıb. Baxmayaraq ki, digər liderləri ölkənin general-qubernatoru Piter Kosqrouv və Kvislend ştatının baş naziri Kempbell Nyuman qarşılayıb. Qarşılanma zamanı məmurlar nümayişkəranə şəkilə üzlərini yana çeviriblər. Nyuman isə jurnalistlərə açıqlamasında Putinlə üz-üzə gəlmək istəmədiyini deyib.

Putin sammitin keçirildiyi Brisben şəhərində ikinci dərəcəli mehmanxanada yerləşdirilib. Digər ölkələrin nümayəndələrinə seçim imkanı verildiyi halda Rusiya nümayəndə heyətinə belə imkan yaradılmayıb.

Avstraliyanın aparıcı nəşrlərindən olan "Courier Mail" putnə Malayziya təyyarəsinə görə üzr istəməyi təkli edib. Qəzet həmçinin Putinlə bağlı karikatura da dərc edib. Qəzetdə eyni zamanda baş nazir Toni ebbotun anti Rusiya bəyanatlarına da geniş yer verilib.


Almaniya kansleri Angela Merkel və Britaniyanın bş naziri Devid Kameron da oxşar fikirlər səsləndiriblər. Hər iki lider Ukraynada vəziyyət dəyişməyəcəyi təqdirdə sanksiyaların sərtləşdirilməyinin tərəfdarı ikmi çıxış edib.

Tədbir zamanı dünyanın aparıı ölkələrinin liderləri nümayişkəranə şəkildə Putində uzaq durmağa çalışıb və o əksər vaxtı tək qalıb. Birgə şəkil çəkilən zamanı da Putin kənar yerdə dayanmalı olub. Daha sonra isə Merkel, Olland, Ebbot və Obamanın getdiyi istiqamətin əks tərəfinə dəvət edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.