Sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentindən Axar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gecə və gündüz 8-10° isti olacağı ehtimal edilir. Saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək.
Atmosfer təzyiqi normadan yüksək olacaq, 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz edəcək.
Bölgələrin hava durumuna gəlincə, sabah əksər rayonlarda havanın yağıntılı keçəcəyi praqnozlaşdırılır. Bəzi rayonlarda davam edən yağıntının axşama doğru sulu qar və qara çevriləcəyi gözlənilir. Gün ərzində bölkələrdə əsən külək axşama doğru güclənəcək.
Dağlıq rayonlarda temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq. Dağətəri bölgələrdə, Mərkəzi Aran zonasında isə temperaturun gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.