Separatçılar minomyot və "Qrad"lardan istifadə ediblər
Dünya Ukraynanın şərqində Donetsk və Luqansk vilayətlərində ağır döyüşlər yenidən başlayıb.
Ukrayna mətbuatı yazır ki, sepaaratçılar ordunun nəzarəti altında olan bölgələrə qəfildən hücuma keçiblər.
Separatçılar minomyot və "Qrad"lardan istifadə ediblər. Güclü partlayış və silah səsləri eşidirilir.
Hazırda ağır döyüşlər davam edir.
Son məlumatlara görə, Ukrayna ordusu itki verib. Xeyli sayda yaralı var. 3 əsgər isə həlak olub.
Qeyd edək ki, rəsmi Kiyev və NATO bəyan etmişdi ki, Rusiya qoşunları və hərbi texnikası artıq Ukrayna ərazisinə daxil olub.