Bakıda vəhhabilərin “Kombi” biznesi - Özəl

16-11-2014, 23:48   
Bakıda vəhhabilərin “Kombi” biznesi - Özəl
Azərbaycanda “Kombi” istilik sistemləri bazarına vəhhabilər hegemonluq edir. Ölkəyə gətirilən istilik sistemlərinin satışının təşkili və inhisarı vəhhabi təriqətinə üzv olan tacirlərə aiddir. Onlar uzun illərdir ki, bu bazarda aparıcı qüvvəyə çevrilib.

paytaxtın “Bakıxanov”, “Binə”, “Sədərək”, “Laçın” və başqa nəhəng ticarət mərkəzlərində çalışan vəhhabilər “Kombi” biznesini monopoliyaya alıblar. Bu biznes şəbəkəsinin genişlənməsində gizli vəhhabi qruplaşmalarının rolu var.

Bir müddət əvvəl Qafqaz şeyxinin qardaşı, deputat Cavanşir Paşazadənin də ticarət mərkəzlərində işləyən radikal təriqətçilərlə bağlı çağırışı məhz buna eyham kimi qiymətləndirilir.

Məlumata görə, radikalizmə qarşı hüquq-mühafizə orqanlarının son günlər başladığı təhlükəsizlik tədbirləri və əməliyyatların bir tərkib hissəsi də “Kombi” biznesinin vəhhabilərin əlindən alınmasına yönəlik olacaq.

Xatırladaq ki, bu barədə narahatlıqları politoloqlar da dilə gətirmişdilər. Politoloq Natiq Miri bildirmişdi ki, vəhhabilərin Azərbaycanda olan maliyyə şəbəkələrini çökdürmək yönündə fəaliyyət güclənməlidir:
“Hazırda konkret addımlar atılır və bu cür tədbirlər gələcəkdə də davam edəcək. Ancaq hesab edirəm ki, tədbirlər gücləndirilməli və onların maliyyə şəbəkələri bütövlükdə nəzarətə götürülməlidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.