Bu qızcığaz cini şüşədən buraxıb, sonra məlum olub ki, cin elə o, özüdür
Azərbaycan İndi isə mən sizə Azərbaycan və Ermənistan arasındakı münaqişəni özünəməxsus yolla həll etmək istəyən başqa bir vətəndaşımız haqqında danışacam. Arzu Qeybulla. Bu qızcığaz cini şüşədən buraxıb. Və sonra məlum olub ki, deyəsən cin elə o, özüdür.
…Əlbəttə, ermənilərin “AQOS” qəzeti ilə əməkdaşlığa gedən Arzu Qeybulla düz etməyib, nəinki çox böyük günah işləyib, hətta ictimai rəyin qənaətinə görə əsl cinayət törədib. Amma şəxsən mən Əylislinin, daha doğrusu Əyil və islinin Daşa dəymiş Yuxularından sonra artıq heç nəyə təəccüblənmirəm, Arzu və Qeyb arasında çabalayan, reallığı dərk etməyə öz formalaşmamış beyni ilə hazır olmayan təcrübəsiz bir gəncimizin, özü də Azərbaycandan daha çox sosial şəbəkəni təmsil edən soydaşımızın hərəkətini qınamamaq təbii ki, mümkün deyil. Amma…
…elə məsələ də bu ammadadır. Görəsən azərbaycanlı, ömrünün böyük bir hissəsini Azərbaycana xidmətdə, Heydər Əliyev kursuna qulluqda keçirmiş, daha sonra isə Türkiyə Baş nazirinin müşaviri kimi iki dövlət bir millət üçün çalışmış alimimiz Qeybulla müəllimin ailəsində bu Arzu necə həyata keçib… Axı necə oldu ki, bu qız müharibə vəziyyətində olduğumuz dövlətin düşərgəsinə keçdi. Özü də bilə-bilə ki, Türkiyədə, Azərbaycanda onun bu addımından narazı qalacaq. İstisna etmirəm ki, Arzunun bu addımı atmasına yaşadığı və formalaşdığı Türkiyə mühitinin ciddi təsiri olub. Çünki bu ölkədə Ermənistana və ermənilərə münasibət heç də Azərbaycandakı kimi kateqorik neqativ deyil. Bu ölkədə “Hamımız Hrant, hamımız Erməniyiz!” şüarına da öyrənmişik, Ermənistanla sərhəddi açıb açmayacağına hər dəfə çiçək yarpağında "sevir, sevmir, sevir, sevmir" falı açdığımıza da adət etmişik. “AQOS”da biz Arzuya təəccüblənirik, amma unuduruq ki, bu “AQOS” nədisə onun fəaliyyətinə elə Türkiyə rəsmən icazə verib.
İndi gəlin Arzu Qeybullayevanın bu addımını nə qədər çətin olsa da anlamağa çalışaq.
Əvvəla, Arzu Azərbaycanda anlaşılan tərzdə vətənpərvər deyil, onun bu hissini sosial şəbəkələr formalaşdırıb, o şəbəkəpərvərdir, ikincisi Arzu xalq diplomatiyası təbliğatının yoğurduğu xəmirdəndir. Və nəhayət, araşdırma nəticəsində gördüm ki, Arzu sadəcə olaraq küsüb inciyib, özü də şəxsi emosianal zəmində.
[media=http://www.youtube.com/watch?v=r94OSfCPIR0]