Əhalinin 27, 6 milyard manat pulu var - AZƏRBAYCANDA

17-11-2014, 10:19   
Əhalinin 27, 6 milyard manat pulu var - AZƏRBAYCANDA
Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3229,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 milyard manatlıq gəlirin 70,0 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,2 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6 faiz çox vəsait qalıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.