Ayətullah: “İŞİD-in kökü vəhhabilikdədir”

17-11-2014, 15:31   
Ayətullah: “İŞİD-in kökü vəhhabilikdədir”

Şiə dünyasının nüfuzlu alimlərindən olan mərceyi-təqlid Ayətullah Cəfər Sübhani İŞİD-in kökünün vəhhabilikdə olduğunu bildirib.

Axar.az İran mətbuatına istinadən bildirir ki, Ayətullah Sübhani çıxışı zamanı İŞİD terrorçuları tərəfindən İraq və Suriyada baş verən insan qətllərinin davamlı şəkildə olmasına toxunub.

Sübhani “Bu gün vəhhabilyin gizli siması və onun İŞİD-in meydana gəlməsindəki rolu region xalqları üçün aydındır. Terrorçu İŞİD-in törətdiyi qətliamların İslamla heç bir əlaqəsi yoxdur və bu cərəyanın mahiyyəti xalqa bəyan edilməlidir”, - deyə bildirib.

Daha sonra şiə alimi İŞİD-in konkret şəxslərin aləti olmasını qeyd edərək, bu terror qruplaşmasının özlərini bilərəkdən “İslam Dövləti” adlandırıb dinin adını bədnam etmək istədiyini bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.