Təhsil şefi rayonda yaranmış təhsil anarxiyasının məsuliyyətini nazirlikdə görür - Şok iddia
Uzun illərdən bəri ölkənin təhsil sistemində olan problemlər elə bir səviyyəyə çatmışdı ki, ciddi etirazlar tək ictimaiyyət arasında deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən müzakirə predmetinə çevrilmişdi. Misir Mərdanovun yarıtmaz iş prinsipi gələcəyimizi məhvə aparmaqla bərabər eyni zamanda ölkə rəhbərliyinin təhsil sahəsinə olan ümidlərini puça çıxarmışdı...
İllərdən bəri ölkə təhsilində hökm sürən anarxiyanın ardından isə dövlət başçısının sərəncamı ilə yeni təyin olunmuş təhsil naziri Mikayıl Cabbarovun bu sahədə apardığı islahatlar hələlik bir nəticə verməsə də, ancaq bir sıra irəliləyişlərə də imza ata bilmişdir. Təhsilimizdə olan problemlərin tam həllini tapa bilməməsi isə Cabbarovun xələfi dövründən yığılıb qalmış köhnə kadrların tutduqları postlardan uzaqlaşdırmaması olub...
Azerinews.tv-ni bilgiləndirən qaynaq elə həmin iş yarıtmaz olan kadrlardan biri də Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov olduğunu deyir. Zaman-zaman adının qaranlıq rüşvət qalmaqallarında, müxalifət partiyaları ilə gizli işbirliyində və diplomunun saxta olmasında hallanan Sadıqov nəinki çalışdığı kollektiv arasında, hətta respublika səviyyəsində anarxiyaya meyilli "persona" kimi ad şıxarmışdır.
Şöbə müdiri oğluna qiyməti 60 min manatdan baha olan avtomobil, yeznəsinə isə mənzil hədiyyə edib.
Yerlərdəki təhsil “bossları”nın rəhbərlik etdiyi sahə hesabına küllü miqdarda var-dövlət əldə etməsi günümüzün reallığıdır. Bunun nəticəsidir ki, bir çox rayonların Təhsil Şöbəsinin müdirləri maddi imkanlarına görə dövlət qulluqçusundan daha çox oliqarxları xatırladır. Bu sırada isə Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov ilk yerlərdə qərarlaşıb.
Bu həmin Tofiq Sadıqovdur ki, bu günə qədər ölkə mətbuatı onun haqqında yüzlərlə iddia ilə çıxış edib. Bu sırada diplomunun saxta olmasından tutmuş, rayon təhsilinə ayrılan vəsaitlərin mənimsənilməsinə qədər ciddi ittihamlar səsləndirilib. Amma biz bu yazımızda nə Tofiq Sadıqovun saxta diplomundan, nə onun şübhəli diplomlarla işə götürdüyü müəllimlərdən, nə də imza atdığı mənimsəmələrdən bəhs etməyəcəyik. Bu dəfə Beyləqan təhsilini “ağlar” günə qoyan şöbə müdirinin yaxınlarına necə “gün ağlamasından” bəhs edəcəyik. Beləliklə, qəzetimizə daxil olan məlumatları oxucularımızın diqqətinə çatdırırıq.
Mənbəmiz iddia edir ki, kənd orta məktəblərinin cari təmirinə ayrılan vəsaitlərin bir hissəsi Tofiq Sadıqov tərəfindən mənimsənilir. Son 1 ildə rayon təhsil şöbələrinə cari təmir, dəftərxana ləvazimatları və digər avadanlıqlar üçün 300 min manata yaxın vəsait ayrılıb. Həmin vəsaitin bir hissəsi məhz Tofiq Sadıqov tərəfindən orta məktəb binalarının cari təmiri adı altında sənədləşdirilib. Həmçinin qiymətləri bir neçə dəfə şişirdən Tofiq Sadıqov dəftərxana ləvazimatını da Beyləqan rayonunda fəaliyyət göstərən və özünə məxsus olan mağazasından alır.
Beyləqan təhsil şöbəsinin müdiri dövlətdən oğurladığı milyonlar hesabına özünə böyük var dövlət toplayıb. Məhz buna görə Tofiq Sadıqovun oğlu Samir Sadıqov Ağcabədi rayonunda polis işçisi ola-ola, hər gün Beyləqanda kef məclislərində əyləncə ilə məşğuldur. Şöbə müdirinin oğlu qiyməti 60 min manatdan baha olan sonuncu model “Mersedes” markalı avtomobili sürür. Maraqlıdır, adi polis əməkdaşı belə bahalı avtomobili hansı pulla ala bilər? sualın cavabı oxucularımız üçün aydın olacağına ümid edərək, bu mövzuya nöqtə qoyuruq.
Bundan başqa Tofiq Sadıqov Bakı şəhərində oğlu Samir Sadıqovun adına 2 mənzil aldığı, həmçinin maliyyə nazirliyində işləyən yeznəsinə isə dəyəri 150 min manat olan mənzil hədiyyə etdiyi iddia olunur.
Beyləqan təhsil şöbəsinin müdiri Sulutəpə ərazisində iki mərtəbə ev, Qaraçuxur qəsəbəsində qiyməti 1 milyon dəyərində olan olan böyük bir villa inşa etdirib. Hazırda Tofiq Sadıqov Memar Əcəmi və Nəsimi metrolarının yanındakı mənzillərini sataraq dəbdəbəli villasının tikintisini başa çatdırmaq üzrə olduğu bildirilir. Mənbə bildirir ki, Təhsil şöbəsinin müdiri Beyləqanın Əlnəzərli kəndinin ərazisində 50 hektar torpaq sahəsi alaraq qoyunçuluq ferması yaradıb.
Hərçənd bu günlərdə Beyləqanın təhsilinin acınacaqlı vəziyyətindən narahat olan tərəqqipərvər ziyalıların gözlərində ümid qığılcımı parlamışdır. Əldə etdiyimiz məlumata görə iki aydan artıqdır ki, Beyləqan məktəblərində maliyyə yoxlamaları aparılır. Bir çox məktəb direktorları təşviş içindədirlər və əhvallarının əsla bayram ruhiyyəsində olmadığı bildirilir. Onların bir neçəsinin yuxusunun ərşə çəkildiyi, gecələr sayıqlayaraq Cinayət Məcəlləsinin maddələrini sayıqladıqları barədə söhpətlər dolaşır. Canlarına üşütmə düşən direktorlar dərs saatlarını kəsib-doğradıqları müəllimlərlə bu ərəfədə şikayət etməsinlər deyə mülayim rəftar etdikləri, işlərini yola vermək üçün özlərinə məsum görkəm verməyə çalışdıqları haqda ilgınc xəbərlər gəzir. Sözün düzü, müəssisə rəhbərlərinin “kürkünə birə salan” səbəb ötən ilin əvvəlindən başlayaraq davamlı sürətdə həyata keçirilən antikorrupsiya tədbirləridir. Bu tədbirlərin xofu elə təsirlidir ki, heç kəs, heç bir vəzifəli şəxs ondan yan keçəcəyinə əmin deyildir. Bunu müvəqqəti konpaniya hesab edən, iktidarın “gözdən pərdə asmaq” cəhdi kimi qələmə verməyə çalışan radikal müxalifət belə bilmir ki, onların dilincə desək, növbəti “qurban” kim olacaq. Nəzərə alsaq ki, korrupsiya hüquqpozanları ilə əlaqədar məsuliyyətə cəlb olunanlar arasında xeyli sayda təhsil işçiləri olub, onda məktəb direktorlarının əndişələrini başa düşmək olar.
Azerinews.tv-yə daxil olan məlumatda bildirirlir, məktəb direktorları yoxlama komissiyalarını tovlamaq üçün, düşdükləri naqolay vəziyyətlərdən çıxmaq üçün müxtəlif bəhanələr, təəccüb doğuran “arqumentlər” fikirləşirlər. məsələn direktorlar əmr kitabçaların, xəstə uşaqların jurnallarının itdiyini bəyan edir. Yaxud, necə olur ki, on dörd nəfər sinif müəllimi olduğu halda xəstə uşağa dərs verilməsi digərlərinə- xarici dil, bialogiya v.s. fən müəllimlərinə tapşırılır. Məgər direktor həmin dərsləri sinif müəllimlərinə verə bilməz? Dərnək və fakultətiv məşğələlərin jurnallarının da yoxa çıxması heç ağıla batan görünmür. Belə “tutarlı” bəhanələr əsasən şəhər 5 saylı məktəbin direktorunun söz dağarcığından çıxıb. Xatırladaq ki, adı çəkilən məktəbin və direktoru haqqında əvvəlki günlərdə də müxtəlif dərgilərdə tənqidi yazılar dərc olunub. Amma bütün müşahidə olunanlar göstərir ki, tutulan iradlardan nəticə çıxarmayıb. Beyləqanın tərəqqipərvər vətəndaşları ümid edirlər ki, rayonun təhsil müəssisələrində aparılan maliyyə yoxlamaları Gülağa Atakişiyev kimi yarıtmaz kadrların karyerasına son qoyacaq. Bununla da Beyləqan təhsilində son illər dərinləşməkdə olan mənfi tendensiyalar, o cmlədən, rayon məktəblərinin məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisinin sıfıra enməsi kimi xoşa gəlməz hallar aradan qalxacaq, müsdətə doğru yol alacaq. Ümid etməyə dəyər ki, yoxlamaların yekun nəticələri açıqlandıqdan sonra fəaliyyətində qanunsuzluqlar yer alan məktəb direktorları barədə ciddi ölçü götürüləcək.Beyləqan təhsilinin acınacaqlı duruma düşməsi və rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun özbaınalıqları barədə bir müddət əvvəl məlumat vermişik. Məlumatlarda bildirilirdi ki, hal hazırda Beyləqan məktəblərində tədrisdən əsər-əlamət qalmayıb, şagirdlərin dərsə davamiyyəti isə bir xeyli aşağı düşüb. Lakin buna baxmayaraq, təhsil şöbəsinin müdiri nədənsə sadalanan problemləri yoluna qoymaqda maraqlı görünmür. Artıq həm rayon camaatı, həm də ölkə ictimaiyyəti bu barədə kifayət qədər məlumatlıdır.
Beyləqan Rayon Təhsil Şöbəsinin müdirinin diplomu saxta olduğu kimi işlərində saxtadır. Bunu deyən mənbənin verdiyi məlumatda qeyd olunur ki, sözü gedən təhsil şöbəsinin müdirinin diplomu saxtadır və o bu sənədi 1979-cu ildə əldə edib. Hətta deyilənlərə görə, Tofiq Sadıqovun diplomu birüzlüdür. Yəni, kağız parçasından o qədər də fərqlənmir. Redaksimaıza daxil olan digər məlumatlarda isə bildirilir ki, Tofiq Sadıqov saxta sənəd əldə etdiyi zaman həbsdə olub. Beləliklə, ortaya maraqlı bir neçə sual çıxır: Necə olur ki, Beyləqan kimi rayonun təhsilini saxta diplomlu, məsuliyətə cəlb edilən, birisinə həvalə edilir? Vaxtilə saxta diplom alıb dövləti və ictimaiyyəti aldatmış, həmin saxtakar vasitəsilə yüksək vəzifə tutmuş və imtiyazlar əldə etmiş şəxslər barədə hansı tədbirlər görülür? Ümumiyyətlə, saxta diplomlu məmurları necə üzə çıxarmaq olar? Mənbənin sözlərinə görə, bu, məhz dövlət səviyyəsində diplom attestasiyası aparılması ilə üzə çıxarıla bilər: "Ölkədə dövlət məmurlarının diplomlarının həqiqiliyini yoxlamaq üçün onların ekspertizadan keçirilməsi, əslində çətin məsələ deyil.
Məhz bundan sonra müxtəlif qeyri-qanuni yollarla saxta diplom almış şəxslər tutduqları postla vidalaşmalı olacaqlar. Gərək, bu işdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Təhsil və Daxili İşlər nazirlikləri, eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası birgə fəaliyyət aparsınlar. Əmin ola bilərsiniz ki, bununla bağlı ciddi yoxlamalar aparılarsa, o zaman bir çox mətləblərə aydınlıq gətirilməklə yanaşı, müxtəlif yollarla saxta diplom əldə etmiş məmurların kimlikləri ölkə ictimaiyyətinə bəlli olacaq. Odur ki, adıçəkilən qurumlar tez bir zamanda Beyləqanın təhsil şöbəsinin və konkret olaraq Tofiq Sadıqovun fəaliyyətini araşdırmalıdır".
Beyləqanda təsilində vəzifə "biznesi"
Sadıqov təhsildə olan rüşvət mexanizmini icra başçısında görür. Təpədən dırnağa qədər "MÜSAVATÇI"olan Sadıqov rayon rəhbərinə şər atmaqla onu hörmətdən salmaq istəyir. Elə bu səbəbdən də Beyləqan təhsilində inanılmaz hadisələr baş qaldırmaqdadır. Belə ki, Tofiq Sadıqov səhər tezdən işdən çıxardığı və yerinə yeni direktor təyin etməsinə baxmayraq, günortadan sorna köhnə direktoru yerinə qaytarıb. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Sadıqov Beyləqan şəhər 1 saylı Namiq Abdullayev adına məktəbin direktoru Vüqar Abbasovu işdən azad edib. Onun yerinə isə Gülbəniz Cəfərovanı təyin edib. Məlumatda qeyd olunur ki, Gülbəniz Cəfərova əvvələr də Beyləqan şəhər 1 saylı Namiq Abdullayev adına məktəbin direktoru vəzifəsində çalışıb. 2009-cu ildə Gülbəniz xanım şiddətli töhmətlə işdən atılıb və elə o zamandan da onun adı məktəbdə adi müəllimə olaraq keçib. Buna baxmayaraq, Gülbəniz Cəfərova işə çıxmayıb və pedoqoji fəaliyyətlə məşğul olmayıb.Mənbənin bildirdiyinə görə, günortadan sonra məktəbdə vəziyyət dəyişib. Belə ki, günortadan sonra Vüqar Abbasov yenidən işinə qayıdıb və keçib kabinetində əyləşib.Yəni səhər işdən azad olunan Vüqar Abbasov günortadan sonra yenidən köhnə vəzifəsinə təyinat alıb. Buna səbəb isə Vüqar Abbasov Sadıqovla görüşərək ona 10,000 manat rüşvət verməsi olub. Həmin 10,000 min manat köhnə direktorun yenidən geri dönməsi üçün yetərli olub. Ortada qalan isə Gülbəniz Cəfərova olub. Mənbə bildirir ki, Gülbəniz Cəfərova təhsil şöbəsinin müdiri Tofiq Sadıqova 20,000 manat verib. Təhsil şöbəsinin müdiri Tofiq Sadıqov Beyləqandakı hər bir məktəb direktorundan 5,000 manat alaraq təyinat verib.
Beyləqan rayon orta məktəbilərindən birinin direktoru T.Sadıqovun kürd əsilli olması ilə bağlı bizə maraqlı məlumat da verib. Onun dediyinə görə, Tofiq Sadıqov atası kürd əsillidir. T.Sadıqov da bu haqqda hətta icra başçısı Vaqif Abdullayevə də bildirib. Dəfələrlə Vaqif Abdullayev T.Sadıqovu işdən uzaqlaşdırmaq istəyib. Amma buna nail ola bilməyib. Çünki icra başçısı Tofiq Sadıqovla işin olmasın tapşırığı alıb. Həmin tapşırığı verən şəxs isə Tofiq Sadıqovun qardaşının dostu olması bildirilir. Prezidentin şəxsi mühafizəsinin rəisi, general Bəylər Əyyubovun adı ilə Vaqif Abdullayevə hədə-qorxular gəlib. İcra başçısı isə məcbur qalıb Tofiq Sadıqovu vəzifəsində saxlamağı qərar verib. Bu məsələdə T.Sadıqov Bəylər Eyyubovun birbaşa adını hallandırmaqla özünü qoruya bilib. Maraqlıdır ki, şöbə müdiri başdan -ayağa rüşvət girdabında olmasına baxmayaraq Eyyubovlar ailəsinin asdında istifadədən çəkimir. İcra başçısına zəng edən adamın Bəylər Eyyubovun qardaşı oğlu olduğunu iddia edib. Mənbənin dediyinə görə, Tofiq Sadıqov hətta icra başçısı olaçağınıda söyləyib.
Növbəti yazımızda Suraxanı rayonunda şöbə müdirinin hansı “Attestat qaranlığı” məsələsinə və T. Sadıqovun general Bəylər Eyyubovun adından necə istifadə etməsinə aydınlıq gətirəcəyik
Beyləqan təhsil şöbəsi baş verən biabırçılıqlar sakinlərin qəzəbinə tuş gəlib.
Rayon təhsilin acınacaqlı günlərinin yaşadığı dövürdə, adıgedən müəssənin daxilində biabırçı bir olay baş vermişdir. Belə ki, Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov, təhsil şöbəsinin metotisti Quliyeva ilə çox yaxın olduğu bildirilir.
Rayondan daxil olan məlumatı dəqiqləşdirmək üçün Beyləqan Təhsil Şöbəsi ilə telfon əlaqəsi yaratdıq. Adını hallandırmağını istəməyən təhsil şöbəsinin əməkdaşı məlumatı olduğu kimi redaksiyaya ötürdü.
Mənbənin verdiyi məlumata görə Günel Quliyeva əvvəllər Beyləqan rayon 3 saylı orta məktəbdə müəllimə işləyib. Tofiq müəllimin qəbulunda olan xanim bir müddət keçdikdən sonra təhsil şöbəsində işlə təmin edilir. Bütün məsüliyyəti üzərinə götürən şöbə müdiri, Quliyevaya metotist vəzifəsini həvalə edir(ətraflı növbəti yazılarımızda).
Şöbənin bir əməkdaşının narkoman olduğu məlumatlar sırasında olduğu bildirilir. Məlumat tam təstiqini tapandan sonra adı narkotika alverində hallanan "müəllimin" adı açıqlanacaq. Və Tofiq Sadıqovun bu adamlarla gizli əlaqələri haqda geniş danışacağıq. Bizi izləyin
Redaksiyadan: əhsil naziri cənab Mikayıl Cabbarova üzümüzü tutub bildiririk ki,Beyləqan rayon Təhsil Şöbəsində olub bitənlərə son qoymaq istəsə Tofiq Sadıqovu işdən azad etməsi kifayətdir. çünki belə bir savadsızı, işinin öhdəsindən gələ bilməyən şəxsi baş müəllim görməsi ən azı nazirin özünə həqarəttdir.Azerinews.tv