Rusiya Müftilər Şurası məscidlərlə bağlı yeni rəqəmləri açıqlayıb
Azərbaycan Hazırda Rusiyada 7 mindən çox məscid var.
bu barədə Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bildirib.
Qaynutdin bildirib ki, 30 il ərzində ölkədə məscidlərin sayı 70 dəfə artıb: “1980-ci illərin ortalarında Rusiyada 100 məsjid fəaliyyət göstərirdi”. Arxangelskdə Arktika universitetinin tələbələri qarşısında çıxış edən Ravil Qaynutdinin sözlərinə görə, yanında məktəbi olan məscidlərin bərpası Rusiyada sabit müsəlman infrastrukturunun yaradılmasına imkan verib.
Rusiya Müftilər Şurasının məlumatına görə, yalnız Moskva şəhərində 2 milyon müsəlman yaşayır. Moskva vilayətində 650 milyon, Sankt-Peterburqda isə 750 min müsəlman var. Bütünlükdə isə Rusiya müsəlmanlarının sayı 20 milyonu keçir.