Kürdəmirin icra başçısına qarşı şok ittihamlar

18-11-2014, 01:12   
Kürdəmirin icra başçısına qarşı şok ittihamlar
Bu ilin aprel ayında prezidentin sərəncamı ilə Kürdəmir Rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Ceyhun Cəfərovu özünü doğrultmayan kadr kimi xarakterizə etmək olar. Hər halda çox qısa zaman kəsiyində Kürdəmirə rəhbərlik etməsinə baxmayaraq artıq adıçəkilən rayonla bağlı həyacanlı xəbərlər gəlməkdədir. Bu isə heç şübhəsiz ki, idarəçiliyin zəif şəkildə qurulması ilə bağlıdır.
Ceyhun Cəfərovun icra başçısı kimi ilk “ÇP”-si isə Azərbaycanın dövlət bayrağının müəmmalı şəkildə yandırılması oldu. Xatırladaq ki, bir müddət öncə günün günorta çağı Kürdəmirin mərkəzində, Dövlət Bayrağı Meydanındakı bayraq yanmağa başlayıb. Maraqlıdır ki, yerdən bir neçə metr yüksəkdə olan bayraq öz-özünə necə alışıb yana bilərdi? Təbii ki, biz bununla heç də iddia etmək niyyətində deyilik ki, bayrağın yanması icra başçısının marağında olub-əsla. Sadəcə olaraq bu hadisə də təsdiqləyir ki, rayonda idarəçilik sıfır həddindədir və baş verən olay da bu məsuliyyətsizliyin bariz nümunəsidir.
Ceyhun Cəfərovla bağlı anaxeber.info-a daxil olan məlumatda vurğulanır ki, o özünün Tərtər rayonundakı kadrlarını Kürdəmirə gətirib və əksər işlərə də məhz “köhnə qvardiya” nəzarət edir. Onların əsas işləri isə rayondakı gəlir mənbələrinə nəzarəti ələ keçirməkdir. Bu istiqamətdə əlimizdə çox ilginc faktlar var və araşdırmalarımız yekunlaşdıqdan sonra aşağıdakı suallara cavab tapmağa çalışacağıq:
- Müəmmalı avtomobil qəzasının şok gizlinləri: nə və niyə gizlədilib?
- Radikal dini təmayül nümayəndələrinə rayonda yaradılan əlverişli biznes mühit…
- İcra başçısı hansı məmuru vəzifədən çıxartmaq istəsə də bunu reallaşdıra bilməyib?
- Təhsil Şöbəsinin müdiri necə RİH başçısının müavini oldu?
Mövzuya qayıdacağıq….
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.