“Kimsə bizi Kiprlə şantaj edə bilməz”

18-11-2014, 08:20   
“Kimsə bizi Kiprlə şantaj edə bilməz”
“Şimali Kiprə səfərim sırasında bu ölkənin Prezidenti Dərviş Ərdoğlu, Xarici İşlər naziri Özdil Nami və digər rəsmilərlə görüşmək imkanım oldu”.

Bu sözləri Kiprdən yenicə qayıtmış Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu KKTC-Azərbaycan münasibətlərinin hazırkı durumu barədə danışarkən deyib. O, Şimali Kipr müzakirələrində Kipr-Azərbaycan münasibətlərinə toxunduğunu da bildirib:

“Şimali Kipr rəsmiləri Azərbaycanla əməkdaşlıqdan məmnundurlar, Bakıda təmsilçiləri var, bu ölkədə təhsil alan tələbələrimizin sayı artır. Bunlar hamısı yaxşıdır. Buna baxmayaraq, kiprlilər Azərbaycanla əməkdaşlığı daha geniş şəkildə inkişaf etdirməkdə maraqlıdırlar. Məsələn, iki dövlət arasında birbaşa təyyarə reysinin açılmasını istəyirlər və ya adada daha çox azərbaycanlı turistləri görməkdə maraqlıdırlar. Kiprdə görməli və gəzməli çox yer var. Bəziləri yanlış olaraq Şimali Kiprlə Dağlıq Qarabağ separatçıları arasında paralellər apararaq bu səbəbdən adada yaşayan türklərlə təmasların mümkün olmadığını bildirir. Bu, yanlış yanaşmadır. Kipr türkləri heç kimin torpağını işğal etməyib, birgə yaşayışa üstünlük veriblər, daha sonra soyqırıma məruz qalıblar, nəticədə yaşadıqları torpaqlarda dövlət quraraq hazırda problemin həllinə maraq göstərirlər. Kiprdə türklər işğalın, qətliamların qurbanı olublar, Dağlıq Qarabağda isə azərbaycanlılar, oxşarlıq bundadır. Ona görə də hansısa dövlətin yersiz olaraq bizi Qarabağla şantaj etməsindən qorxmamalıyıq. Gənclərimiz təhsil ardınca bu ölkəyə getməkdə davam etməli, adaya səyahətə getməli, Bakı ilə Lefkoşe arasında iqtisadi-ticarət əlaqələrinin müzakirəsi aparılmalıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.