Buğalar “izləyicilər”in gözləri önündə yanaraq can verib
Adam Içində İspaniyada hər il ənənəvi şəkildə keçirilən "buğa yandırma" festivalı yenə söz-söhbətə səbəb olub.
əksər dünya ölkələrinin qınaq obyektinə çevrilən “El Toro Jubilo” festivalında ispanlar yenə buğaları diri-diri yandırıblar. Ölkənin Medinasel bölgəsində əsrlərdir davam edən bu festivalın keçirilməməsi üçün insan haqları fəalları bir sıra bəyanatlar səsləndirib.
Gecənin bir yarısı yandırılan buğalar “izləyicilər”in gözləri önündə can verib. Festival iştirakçıları ilə festivalın keçirilməsinə qarşı çıxan fəallar arasında isə qarşıdurmalar yaşanıb.
Məşhur heyvan haqları müdafiəçisi olan PETA ("Heyvanlarla Etnik Davranış Təşkilatı") qrupu da festivalın keçirilməsini kəskin şəkildə qınayıb.