Hüseyn Abdullayev İnterpolun axtarış sistemindən rəsmən çıxarıldı

18-11-2014, 11:16   
Hüseyn Abdullayev İnterpolun axtarış sistemindən rəsmən çıxarıldıKeçmiş deputat, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev İnterpolun axtarış sistemindən rəsmən çıxarılıb. Bununla bağlı H.Abdullayevə rəsmi məktub göndərilib. Məktub barədə azadliq.info-ya abdullayev özü məlumat yollayıb. Keçmiş deputat bildirir ki, Almaniya Daxili İşlər Nazirliyi və həmin nazirliyin beynəlxalq əlaqələr şöbəsi olan «Europol» ona rəsmi məktub yollayıb. Məktubda qeyd olunur ki, İnterpol Almaniya Daxili İşlər Nazirliyinə Hüseyn Abdullayevin adının İnterpolun beynəlxalq axtarış sistemindən çıxarıldığını təsdiq edən arayış göndərib. Bu məktubu və məlumatı Bundeskriminalamt təsdiq edib.

"Fürsətdən istifadə edərək, hüquqlarımın qorunmasında mənə yardım edən Almaniya dövlətinə, eləcə də Almaniya Daxili İşlər Nazirliyinə sonsuz minnətdarlığımı və təşəkkürlərimi bildirirəm. Uca Allaha dualar edirəm ki, mənim kimi haqsızlığa məruz qalan minlərlə Azərbaycan vətəndaşına kömək olsun», - deyə Abdullayev göndərdiyi yazılı məlumatda bildirir.

Oxucuların nəzərinə çatdırırıq ki, İnterpol Hüseyn Abdullayevin şəklini hələ bir neçə ay bundan əvvəl öz saytından çıxarsa da, naməlum səbəbdən onun adını İnterpolun məlumat bazasından (datebases) çıxarmırdı. Amma Almaniya Daxili İşlər Nazirliyinin köməyi nəticəsində sabiq deputatın hüquqları bərpa edilib və onun axtarışı rəsmən dayandırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.