Hələb əldən gedir: Komandir Türkiyəyə qaçdı

18-11-2014, 23:07   


İŞİD terrorçuların genişmiqyaslı hücumu nəticəsində Hələb şəhəri mühasirəyə alınıb.
şəhəri müdafiə edən Azad Suriya Ordusunun (ASO) komandiri Camal Maruf Türkiyəyə qaçıb. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, komandirdən savayı 14 min döyüşçü də terrorçulardan canını qurtarmaq üçün Türkiyə ərazisinə keçib.

Yayılan xəbərlərdə digər təhlükəli məqam isə Türkiyənin qaçqın ordusu ilə üz-üzə qalma ehtimalıdır. Əgər Hələb işğal olunarsa, 1,5 milyondan artıq qaçqının Türkiyəyə üz tutacağı təxmin edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.