Ermənilər Anjeyə yalvarır (VİDEO)

18-11-2014, 23:40   
Ermənilər Anjeyə yalvarır (VİDEO)
Meyitlərin qaytarlması isə yalnız Azərbaycandan asılıdır
[media=http://www.youtube.com/watch?v=4nbGTqoHPr4]
Bu gün vəziyyəti ağırlaşdıran həm də Kəlbəcərli girovların Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qaytarılmamasıdır. Bu məsələyə Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov aydınlıq gətirib.

Firudin Sadıqov azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı hesabat verdi. Firudin Sadıqov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” mövzusunda keçirilən konfransda deyib ki, bu istiqamətdə bütün gücümüzü səfərbər etmişik. Onların qaytarılması üçün Beynəlxalq təşkilatlarla danışıqlar davam edir. Ermənistan hər dəfə olduğu kimi bu gündə girovlarla bağlı beynəlxalq hüququn prinsip və normalarını kobud sürətdə pozur bununla məsələni qəlizləşdirməyə, girovların qaytarılmasını yubatmağa çalışır. Bu günə qədər Azərbaycan tərəfdə 4 mindən artıq vətəndaş itkin düşüb.

“Dövlət Komissiyasının yaradılmasından keçən 20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşının bir qisminin cənazəsi ölkəyə gətirilib, bir qismi isə erməni girovluğundan azad olunub” – deyə Firudin Sadıqov bildirib.

Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı vəziyyətin ermənilərin əlehinə olduğunu deyən İşçi Qrupunun rəhbəri Ermənistanın girovları diversant adlandırmaqlarını növbəti məntiqsiz cəfəngiyyat adlandırıb: “Bir adam analiz eləmir ki, axı bunlar nə etmişdilər? Əgər onlar ermənilərin dediyi kimi diversant olsaydılar, hansısa hərbi hissənin şəklini çəkərdilər, nəsə dəlil olardı. Casus vətənini satan adama deyərlər. Onlara casus demək düzgün deyil”.

Ermənilərə məxsus helikopterin vurulması barədə danışan İşçi Qrupun rəhbəri, deyib ki, həmin helikopter Azərbaycanın hava sərhədlərini pozduğu üçün vurulub: “Meyitlər orada qalıb və heç bir tərəfdən götürmək mümkün olmayıb. Ermənilər Anjey Kaspşikə yalvarırlar. Lakin onun elə bir səlahiyyəti yoxdur".

Firudin Sadıqov meyitlərin qaytarlması məsələsinin yalnız Azərbaycanın iradəsindən asılı olduğunu deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.