36 illik tarixi olan PKK dağılır

19-11-2014, 05:52   


PKK təşkilatından qaçaraq təslim olanların sayı cari ildə 2 dəfə çoxalıb.

Türkiyə hökuməti son 10 ayda təslim olanların sayının 426 nəfəri keçdiyini açıqlayıb.
Təhlükəsizlik qaynaqlarının verdiyi məlumata görə, ötən il təslim olanların sayı 198 nəfər olduğu halda, bu ilin təkcə 10 ayı ərzində bundan iki dəfə çox separatçı silahı yerə qoyub.

İŞİD-ə qarşı Suriyada və İraqda aparılan döyüşlər, say itkisi də təşkilat sıralarının seyrəlməsinə səbəb olub.
Xatırladaq ki, PKK Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan milli təmayüllü marksist-leninçi terror təşkilatıdır. Təşkilat kürdlərin sıx məskunlaşdığı Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti yaratmağı qarşısına məqsəd qoyub və 1984-cü ildən etibarən Türkiyə dövlətinə qarşı hərbi əməliyyatlar təşkil etməyə başlayıb.

Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 80-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və ABŞ tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər.

PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bəri 40 mindən artıq insan həlak olub
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.