Obama nə düşünür?

19-11-2014, 06:30   
Obama nə düşünür?
Kanada ilə neft kəmərinə qarşı çıxan prezidentin məqsədi bəlli deyil

Hesab Vaxtı ABŞ-da ölkə prezidenti Barak Obamanın ABŞ və Kanada arasında neft kəmərinin tikintisini nəzərdə tutan qanun layihəsinə veto qoyacağı istisna edilmir.

Ağ evin mətbuat katibi Coş Ernest bildirib ki, prezident neft kəmərinin tikintisi planını dəstəkləmir.

Qeyd edək ki, cümə günü nümayəndələr palatası tərəfindən qəbul edilən sənədə bu günün axırına kimi senatın baxacağı gözlənilir. Bundan sonra qanun layihəsi Ağ evə imza üçün daxil olacaq.

Senatlardan isə 60-nın dəstəyi lazım olduğu təqdirdə hələ ki, 59 senat qanun layihəsini bəyənir.

Neft kəməri Meksika körfəzi sahillərində olan neftayırma zavodlarına günə 800 min barrel neft nəqlini təmin edəcək. Lakin ekoloqlar neft kəmərinin tikintisinin regionun ətraf mühitinə ciddi ziyan verəcəyini bildirir.

Veto qoyduğu təqdirdə Obamanın qərarının isə ekoloji və ya siyasi olduğu məlum deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.