Yarım ilə 34 milyard dollar itirən maqnata nə ad qoyasan?
Bazarlar Braziliyanın Rio-de-Janeyro şəhərində yarım ilə 34 milyard dollar itirən maqnat Eyke Batistanın məhkəməsi keçirilir.
Batista uzun müddət "Forbes" jurnalınnın dünyanın ən varlı adamları siyahısında 7-ci yerdə olub.
Daha əvvəl iş adamına fond bazarında manipulyasiya və sərmayədarların aldadılması ittihamı sürülmüşdü.
İttiham tərəfinin məlumatına əsasən manipulyasiya fond bazarında 6 milyard itkiyə səbəb olub.
Lakin milyarderin itkiləri qarşısında bütün itkilər gülünc görsənə bilər. Son 6 ay ərzində Batista KİV-in məlumatına görə, 30-34 milyard dollar həcmində nəhəng itkiyə məruz qalıb.
"Forbes" bu dəfə onu milyarderlər sırasından 2013-cü ilin ən bəxtsiz adamı kimi adlandıraraq çıxartmalı olub. Onun sərvəti 300 milyon dollara enib.
Qeyd edək ki, keçmiş sərvətini Batista neft və qaz satışından əldə etmişdi. Son zamanlar isə o qızıl və almaz alveri ilə məşğul olurdu.