Bürclər bu günə nə deyir? -

19-11-2014, 06:49   


QOÇ - Öhdəlikləriniz çoxaldığından bu təqvimi bir qədər yorğun şəkildə başa vuracaqsınız. Amma nəticənin səmərəsini göz önünə gətirib təmkinli olmalısınız. Axşam maraqlı görüşlər gözlənilir.

BUĞA – Əsəblərinizi sakitləşdirmək, daxili harmoniyanızı bərpa etmək üçün bütün gücünüzü səfərbər edin. İnsanları özünüzdən uzaqlaşdıran addımlar atmayın. Vaxtınızı sevgiyə sərf edin.

ƏKİZLƏR - Tərəddüdlərinizi dəf etmək üçün təcrübəli adamlarla məsləhətləşmələr aparın. Bu gün pul məsələlərini, uzaq səfərləri təxirə salın. Ailə-sevgi münasibətlərini arxa plana keçirməyin.

XƏRÇƏNG - Qohumluq müstəvisində qərəzli addımlara yol verməyin. Əks təqdirdə təklənə bilərsiniz. Mərhəmətli olun və çalışın ki, rəğbət qazanasınız. Yersiz tələbkarlığınızı minimuma endirin.

ŞİR - Müqəddəs hədəfləriniz var, amma onlara yetişmək üçün lazımi addımlar ata bilmirsiniz. Məhz bu proqnozu oxuduğunuz andan etibarən hərəkətə keçin, Tanrı yardımçınız olar, inşallah.

QIZ – Qarşınızda böyük işlər durur. Onların öhdəsindən gəlmək üçün daxili sabitliyinizi bərpa etməlisiniz. İşgüzar görüşlərinizi intensivləşdirin. Yaşca böyük doğmalarınızın qayğısına qalın.

TƏRƏZİ - Dünən axşamdan bəd enerjili Ay bürcünüzdə olduğundan qida rasionunuza qeyri-ənənəvi təamlar əlavə etməyin. Nahardan sonra maraqlı adamlarla görüşləriniz mümkündür.

ƏQRƏB - Nə qədər ki öz bürcünüz "hakimdir", ətrafınızda layiqli tərəfdaşlar toplamağa çalışın. Bu, perspektivlərinizə yetişməkdə xeyli irəliləyiş yarada bilər. Təşəbbüskarlığı əldə saxlayın.

OXATAN – Həyatınızın həssas məqamı yetişməkdədir. Hər addımı ölçülü-biçili atın ki, uduzmayasınız. Hər şeydən öncə qarşılıqlı münasibətlərə fikir verin. Məsuliyyətinizi hiss edin.

OĞLAQ - Maraqlı bir gün yaşayacaqsınız. Əgər dinə, adət-ənənəyə zidd hərəkətlərə yol verməsəniz, ovqatınız yüksək olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şansınız olacaq.

SUTÖKƏN - Qarşılıqlı münasibətlərdə uğurlu gedişlər edəcəyiniz gözlənilir. Bu, gələcək işləriniz üçün dönüş ola bilər. Şəxsi büdcənizi artırmaq üçün əhəmiyyətli görüşləriniz də mümkündür.

BALIQLAR - Özünüzdə yarımçıq işlər bol olduğu halda, başqalarına əlavə problemlər yaratmayın. Quranda deyildiyi kimi, ya xeyirxah söz deyin, ya da susun... Bütün bunlar düşünməyiniz üçündür
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.