“Hərbi yolla həll etmək olmaz”

19-11-2014, 08:54   
Ştaynmayer Moskvada həmkarı Sergey Lavrov ilə görüşüb
“Hərbi yolla həll etmək olmaz”
Dünya Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin Ukraynanın şərq vilayəti Donetskdə yaşanan gərginliyi yatırmaq istiqamətində fəaliyyəti davam edir. Ştaynmayer Rusiyanın paytaxtı Moskvada həmkarı Sergey Lavrov ilə görüşüb.

Ştaynmayer Donetskdə hökumət qüvvələri ilə rusiyapərəst üsyançılar arasında təcili sərhəd xətinin müəyyən edilməsi üçün çağırış edib. Nazir bu addımla Minskdə əldə olunan atəşkəs razılaşmasını qorumağa çalışıb.

“Minsk razılaşmasının şərtləri tam şəkildə icra olunmasa da, belə bir sənəddən əl çəkmək böyük səhv və itki olar. Biz münaqişənin həlli üçün səylərimizi artırmalıyıq. Ukraynadakı münaqişənin hərbi yolla həlli yoxdur və olmamalıdır. Berlin divarlarının yıxılmasından sonra indi bizi dialoqlar əvəzinə susqunluqlar, fikir mübadilələri əvəzinə sədlərin çəkilməsi, əməkdaşlıqlar əvəzinə qarşıdurmalar hədələyir”

Sergey Lavrov da, həmçinin, Ştaynmayerin sərhədlərin müəyyənləşdirilməsi təklifinə dəstək verib.

“İndi əsas hədəf Ukraynanın cənub-şərq hissəsindəki münaqişələri dayandırmaq, sərhədi müəyyənləşdirmək, ağır artilleriyanı geri çəkməkdən ibarətdir. Cənab Ştaynmayer də bu barədə qeyd etdi. Mən onunla tam razıyam. Ukraynada uzunmüddətli stabilliyin əldə olunması məsələsinə gəlincə isə, biz milli birlik, milli razılıq və hətta milli barışıq məsələlərini unutmamalıyıq. Həmçinin, konstitusiya islahatları da unudulmamalıdır, ki bunun vacibliyi aprelin 17-sində Cenevrə şəhərində əldə olunan sazişdə qeyd olumuşdu”

Artıq bir neçə həftədir ki, Ukraynanın şərq vilayəti Donetskdə hökumət qüvvələri ilə rusprəəst üsyançılar arasında qarşıdurmalar şiddətlənib. Qarşıdurmalar zamanı vilayətin əksər ərazisində çoxsaylı dağıntılar törədilib. İndiyə qədər qarşıdurmalar zamanı azı 4 min nəfərin öldüyü bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.