Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ərdoğan almanları güldürdü (FOTO)

19-11-2014, 09:36   
Ərdoğan almanları güldürdü (FOTO)
"Bir dağ gördüm, dağın üzərində zərif məscidə bənzəyən kiçik təpə vardı"

Adam Içində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerikanı Xristofor Kolumbdan əvvəl müsəlmanların kəşf etdiyini söyləməsi İspaniyadan sonra Almaniyada da gülüşlə qarşılanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu açıqlaması Bir sıra avropa ölkələri kimi almanların da diqqət mərkəzində olub. Almaniyanın “Tageszeitung” qəzeti Ərdoğanla bağlı karikatura hazırlayıb.

Karikaturada məşhur səyyah X.Kolombun Kubaya çatarkən “Ərdoğan burada idi” yazısını görüb təəccübləndiyi təsvir edilib. Altda isə “1492-ci ildə Amerikanı Kolomb kəşf etməyib” yazılıb.

Xatırladaq ki, Birinci Latın Amerika ölkələri müsəlman dini liderlərinin zirvə görüşünün yekununda çıxış edən Ərdoğan deyib ki, Kolumbdan 314 il əvvəl, yəni 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə üzüblər. Onun sözlərinə görə, hətta Kolumb xatirələrində Kuba sahillərinə çatanda dağın təpəsində bir məscid gördüyündən bəhs edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar