Laborant qruplara girir, yuxarı kurs tələbələrini 200manat muqabilində “aylığa” buraxırdı.

19-11-2014, 11:04   
Laborant qruplara girir, yuxarı kurs tələbələrini 200manat muqabilində “aylığa” buraxırdı.
Hörmətli “anaxeber.info”
Saytınızda gedən Gəncə Dövlət Universitetində tələbələrdən xalça və jalüz pulu yığılır”adlı yazını oxudum və həmin məqalənin təsıri altında olmuş hadisələri qeydə aldım.Hörmətli redaksiya, bunlar hamısı olmuş hadisədir.Çox artıq dərəcədə xahiş edirəm ki,dərc edəsiniz.Mən həmin fakültəni bu il bitirmişəm.

Gəncə Dövlət Universiteti filologiya ixtisası tələbələrinin müraciət məktubu məni təsirləndirdi. Tələbəliyimiz yadıma düşdü. Qərara aldım ki mən də münasibət bildirim. Fakültəni bu il bitirmişəm. Fakültənin dekanı Mubariz müəllim insafla desəm pis müəllim deyil. Biz orda oxuyanda bütün günü otqğında oturub heç dəhlizə də çıxmırdı. HƏrdən auditoryalara girib 1-2 söz deməkə kifayətlənirdi. Kaferaların birində işləyən o laborant qızı dekanlığa gətirəndən sonra laborant fakultəni idarə etməyə başladı. Təsəvvür edirsinizmi, 2 dekan muavininin ikisi də dekanlıqdan kənarlaşdırıldı. Onlar gedib ayrı-ayrı otaqlarda yerləşdilər. Bunu fakultədə hamı bilir. Həmin laborant qruplara girir, yuxarı kurs tələbələrini 200 manat muqabilində “aylığa” buraxırdı. Dərs ilinin axırında isə məlum oldu ki, “aylığa” buraxılmış 4-cü kurs tələbələrinə müəllimlər jurnalda “iştirak etmədi” yazıblar. Bütün tələbələr, valideynlər onun üzərinə hücum çəkdi ki, pullarımızı qaytarın. Laborant qorxudan 1 ay işə gəlmədi. Telefonu sönülü idi. Qrup yoldaşlarımız evinə gedirdilər, evdə də onu tapa bilmirdilər. Dekan isə evdən iri bir Quran kitabı gətirib ona əl basırdı ki, sizin uşaqlarınız universiteti bitirə biləcəklər. Dərs ilinin sonuna yaxın davamiyyət jurnalımız birdən-birə yoxa çıxdı. Qrup numayəndəsinin də xəbəri olmadan jurnalı “dəyişdilər”. Həmin laborant öz xətti ilə təzə jurnalı “gəlmədi”lərsiz yazaraq bir-bir müəllimlərə gizli imza çəkdirdilər. Həmin jurnaldakı xətt ilə laborantın xəttini tutuşdurmaqla, bunu bilmək olar. Köhnə jurnalı isə “itiriblər”. Biz bunları sonradan öyrəndik. Anzaq gəlməyən uşaqlar köhnə jurnaldakı səhifələri telefonla çəkmişdilər ki, dəlil-sübut kimi saxlasınlar. İndi həmən şəkillər bizim hamımızda telefonun yaddaşında var. Atam rayonda müəllim işləyir. O həmişə deyirdi ki, jurnal dövlət sənədidir. Bəs o “dövlət sənəd”ini həmin laborant necə dəyişdi ki, ona gözün üstə qaşın var, deyən olmadı? Həmin laborant bizim qrupa girib mühazirə də “deyirdi”. Bir dəfə həmin dərslərin birində laborant necə oldusa, dedi ki, “Mən Mübariz müəllim ilə bir yerdə bütün gecəni yatmayıb işləmişik.” Hamı güldü. Onların gecə necə “işlədiklərini” bütün universitet bilirdi. Hər dəfə laborant qapını açanda tələbələr bir-birinə deyirdi ki, “gəlinimiz” gəlir. İnsafən Mubariz müəllim pis müəllim də deyil. Ancaq bir dəfə qrupda dedi ki, xˊ (x-“üxtündə ştrix”, məsələn inək sözünün sonunda tələffüz olunan samit) cingiltili samitdir. Halbuki oorta məktəbdə oxuyan şagird də onun kar samit olduğunu yaxşı bilir. Bundan sonra onun müəllimliyinə bir az şübhə ilə yanaşdıq. Həmin laborant bircə prorektot Fəxrəddin müəllimdən bərk qorxur. Onun maşını gələn kimi qaçıb 1-ci mərtəbədə iqtisadiyyat fakultəsində gizlənirdi. Bunu da fakultədə hamı bilir. Amma prorektor onu bir dəfə dekanlıqda tutub biabır etdi. Müəllimlərin yanında “bir də dekanlığa gəlsən, ayaqlarını qıracam” dedi. İndi ay aşağı kurs tələbələri, ay canım-gözüm, həmin laborant (sizin kimi xanım

deməyə dillim gəlmir) sizin “jalüz-pərdə” pullarınızı qaytaran deyil. Əvəzində dekanınız Qurana and içə bilər.

Hörmətlə, Səbinə Aslanova
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.