Vidadi Isayev barde Tibb elmi müəyyən edib ki, dünyada çoxsaylı xəstəliklər və onların virus daşıyıcıları mövcuddur. Və bu xəstəliklərdən ziyan çəkən insanların da yoluxması müxtəlif olur.
Gəlirəm mətləbə. Bərdənin və bərdəlilərin isə qeyri-tipik xəstəliklə yoluxma təhlükəsi artıq realdır. Bu xəstəliyin adı kleptomaniyadır, yəni çırpışdırmağa və əldə etməyə dəfedilməz xəstə meyillilik. Bu cür ciddi qüsurun rayon rəhbərində olması daha da təhlükəlidir. Bir Bərdə sakini kimi, sözümün canı var: son 4 ildə, hər Qurban bayramında rayonun imkansız insanlarına qurban payı vermək adı altında ayrı-ayrı iş adamlarından, vəzifəli şəxslərdən yığılan 600-dən çox qoyundan yalnız 150-ə yaxını kəsilib ehtiyacı olanlara paylanılır. Qalan heyvanları isə mənimsəyirlər. Yığan da, yığdıran da, mənimsəyən də məlumdur. Məlum olmayan isə budur ki, islami qanunlarda, müsəlman aləmində heç oğrular da qurbanlıq qoyunlara göz dikmirlər, bu ali dini dəyərə hörmətsızlik etməzlər. Yaxın keçmışdə heç ateistlər də belə çirkin iş görmürdülər. Bərdədə isə, hətta Şəhid ailələləri, Qarabağ əlilləri, kimsəsizlərə və başqalarına yardım etmək üçün dövlət idarələrinin işçiləri hər ay əmək haqqlarının 1%-i olmaqla 35 min manata yaxın pulu “Kapitalbank”-ın rayon filialındakı müvafiq hesaba köçürürlər. Bu vəsatin 90%-i təyinatından yayındırılır.
Son 4 ıldə Bərdə şəhərinin küçələrınin asfaltlanması ücün ayrılan 3 milyon manata yaxın pul vəsaitindən isə danışanda adamı, daha doğrusu, bərdəliləri əsməcə tutur. Bu qədər vəsaitin əvəzində baş və magistral yolları çıxsaq, Bərdənin heç bir məhəllə küçəsinə asfalt salınmayıb və həmin vəsait yeyilmişdir. Şəhərin 70 küçəsinin yalnız dördündə divarlar təmir edilmişdir, beşində küçə isıqlandırılma sistemi qurulmuşdur, mövcud 32 ictimai yaşayış binalarının bərbad vəziyyətdə olan həyətlərinin və pis vəziyyətdə olan 65 küçənin isə hec birində abadlıq ışi aparılmamışdır. Bunu sübut etməyə heç lüzum da yoxdur. Həmin küçələri gəzmək və bu biabırçılığı görmək lazımdır. Dindirəndə isə başçı və onun ətrafı təzə salınmış Heydər Əliyev parkını nümunə göstərirlər. Bəs qalan küçə və həyətlər? Bələdiyyələrdən, icra nümayəndələrindən qoparılan pullar mövcud 109 kəndin kənddaxili yollarının asfalt örtüyünün salınmasına bəs edərdi. Bu kəndlərin heç birinin daxili yolları asfaltlanmayıb.
Bərdənin İcra başçısı Vidadi İsayev hazırda bələdiyyə seçkilərinə “ciddi” hazırlaşır. Sədr olmaq istəyənləri məcbur edir ki, pul toplasınlar. Bərdə bələdiyyəsinin seçiləcək sədri ilə bağlı ajiotaj yaradılıb. Şəhərdə heç bir xidməti olmayan birisindən xeyli pul alınması barədə məlumat yayılıb. 50 min nəfər əhalisi olan şəhərin bələdiyyə sədri layiqli insan olmalıdır. Əks halda, narazlıqdan başqa heç nə qazanılmayacaq. Nə oldu, deyirsiniz, təzə gələndən sonra köhnənin atasına rəhmət oxutdurulsun? Bu nə qədər davam edə bilər axı?!
V.İsayevın pula xüsusi diqqət və marağı o qədər güclüdür ki, mənimsənilən pullardan son 3 ildə heç bir kuçənın, ıctimaı yaşayış bınalarının həyətlərinin abadlaşdırılmasına yönəltməyib, həmin pullarla bütün şəhər küçələrini abad etmək olardı.
Bərdə şəhər küçələrinin təmizlənməsi və yaşıllığın suvarılmasına, ona qulluğa dövlət təşkilatlarının ışçiləri cəlb olunur ki, bu da onların ciddi narazılığını yaradır. Bu problemi həll etmək üçün yerli büdcədən kifayət qədər vəsaıt ayrılır, lakın bu pullar kommunal təsərrüfatı və yaşıllaşdırma idarələrinə tam verilmir. Ən effektlisi o olar ki, başçı təyinatını yayındırdığı pulların cox az hissəsi hesabına şəhər təsərrüfatı, o cümlədən yaşıllığa qulluq üçün müasır texnika və texnologiya alıb bu problemi birdəfəlik həll etdirsin. Nə qədər yamaq vurmaq, gözdən pərdə asmaq olar?
Bərdə RİH başçısı bəzi əməlləri maneəsiz həyata keçirmək üçün bir çox yerli məmurların vəzifəsindən getməsinə nail olub, onların əvəzinə Tərtərdən 6, Yevlaxdan 7, Zərdabdan 2, başqa bir neçə rayondan 8 nəfər, cəmi 23 məmur gətırib. Onun qoyduğu “şərtə” uyğun gəlməyən rəhbərlər təzyiqə, :təqibə məruz qalır. Məgər bu boyda Bərdədə yerli şəraiti bilən savadlı kadr yoxdur ki?!
V.İsayevin ədalətsiz əməlləri ciddi narahatlığa, yuxarı orqanalara çoxlu şikayətlərin edilməsinə səbəb olub. Həmin şikayətlərin xeylisi Prezdent Administarasiyası rəhbərinin müavini cənab Z.Nağdəliyevin şöbəsindədir. Başçının yuxarıda dediyim “xəstəliyi” imkan vermir ki, kəndlər abadlaşsın, rayonun zəif inkışaf etmış aqrar sektoru və sənayesi dirçəlsin, hələ I Regional Dövlət Proqramında (2004-2008-ci illər) Bərdə üzrə nəzərə tutulmuş tədbirlər ıcra olunsun.
Yuxarı Qarabağ kanalının əsas qolu, Bərdə şəhər hüdudlarında Tərtər çayında sahilbərkitmə işləri, Mədəniyyət Sarayının tikintisi, XIV əsr Bərdə Türbəsi tarixı abıdəsinin bərpası, uşaq xəstəxanasının tikintisi və yarımçıq qalmış II növbəsinin başa çatdırılması təmin olunsun. Hələ də 15 km uzunluğunda şəhər küçələrinin asfaltlanması və həmin ali sənəddə nəzərə tutulmuş başqa tədbirlərin icrası donmuş vəziyyətdədir. Bu isə o deməkdir ki, V.İsayev rayonda sabitliyin möhkəmləndirilməsinə, hakimiyyətə etimadın yüksəldilməsinə xidmət etmir.
Növbəti yazımda daha maraqlı bir məsələdən-Bərdəyə kənardan gətirilmiş kadrların kimliyindən bəhs edəcəyəm.