Latviya ordusu Rusiya hərbi gəmiləri və təyyarələrinin dövlət sərhədinə yaxınlaşdığını qeydə alıblar.
hadisə Latviya müstəqillik gününü qeyd edən zaman baş verib.
Məlumatda noyabrın 18-də Rusiyanın “Viktor Koneçkiy” hərbi gəmisinin Latviyanın dəniz sərhədinə 11,5 mil məsafəyə qədər yaxınlaşdığı bildirilib. Hərbi gəmi ilə yanaşı, Latviya səmasında İl-20 kəşfiyyat təyyarəsinin də uçduğu bəlli olub.