Suriyada terrorçulara qoşulmaq istəyən azərbaycanlılarla bağlı yeni xəbər

19-11-2014, 21:01   

Bir ailənin üzvləri olan soydaşlarımız Azərbaycana göndəriləcək

Azərbaycan Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov "İslam Dövləti"nə (İŞİD) qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşının Türkiyədə həbs olunması xəbərini BBC-nin Azərbaycan xidmətinə təsdiqləyib.

Həsən Zeynalov deyib ki, Türkiyə polisindən alınan məlumata görə, Türkiyənin cənubunda yaxalanan azərbaycanlılar bir ailənin üzvləridir: "Onların sənədləri ilə bağlı problem olmadığı üçün biz işlə bilavasitə məşğul olmuruq. Amma polis konsulluğu bununla bağlı mütəmədi məlumatlandırır".

Diplomat saxlanılan şəxslərin İstanbul hava limanından Azərbaycana göndəriləcəyini qeyd edib.

"Saxlanılan şəxslərin Suriyadakı təşkilatlarla əlaqəsi təsdiqlənibmi" sualını cavablandıran Həsən Zeynalov deyib ki," Azərbaycanda durumun sabit olması və Suriyadakı vəziyyətin sabit olmadığı bəlli olduğu üçün bu şəxslərin Suriyaya terror təşkilatlarına qatılmaq niyyətləri birmənalıdır”.

Baş konsul saxlanılan şəxslərin Azərbaycanda hüquqi məsuliyyəti ilə bağlı sualı cavablayarkən deyib ki, bu məsələlər Azərbaycandakı araşdırmalardan sonra bilinəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.