İran qısa müddətdə öz istehsalı olan pilotsuz təyyarəsini təqdim edib
Region İranda beynəlxalq sərgi öz işinə başlayıb. Hər işdə Amerika ilə rəqabətə aparan İran qısa bir vaxt ərzində öz istehsalı olan pilotsuz təyyarəsini də təqdim edib və beynəlxalq sərgidə də nümayiş etdirib.
İran İslam Respubikasının Kiş adasında Beynəlxalq Aviasiya Sərgisi keçirilib. Sərgidə İran istehsalı olan xilasetmə helikopterləri və pilotsuz təyyarə diqqəti cəlb edib. “Əbabil-3”, yəni “Qaranquş-3” adlı Droun 8 saatlıq uçuş əməliyyatı həyata keçirə bilir. Droun 250 kilometrlik məsafədə kəşfiyyat əməliyyatları aparmaq məqsədilə hazırlanıb və 4 kilometrə qədər hündürlüyə qalxa bilir.
İran Aviasiya Sənayesi Təşkilatlarının direktoru Mənuçehr Mənteğinin sözlərinə görə, İran helikopter istehsalında böyük imkanlara nail olub: “Belə bir helikopter, eyni zamanda təlim uçuşlarına sərf olunan xərcləri azaltmağa kömək edir. Sərgidə fərdi şəkildə istifadə oluna biləcək 4 helikopter nümayiş olunur”.
Aviasiya Sərgisində, eyni zamanda iranlı tədqiqatçının adı ilə adlandırılan “Sorena” helikopteri də diqqət mərkəzində olub. “Sorena” 4 nəfərlik tutuma malikdir və 5 kilometrə qədər hündürlüyə qalxmaq gücünə qadirdir.
[media=http://www.youtube.com/watch?v=Xh2qOxFoUZE]