Bülbülədə yol polisi borca görə qadını öldürdüQadını öldürən keçmiş yol polisinin cəzası açıqlandı - 10 İL HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borc üstündə qəbristanlıqda qadını öldürməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü Zeynal Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Z. Sadıqov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il sentyabr 6-da Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən qəbiristanlıqda 35-40 yaşlı qadına məxsus meyit tapılıb və onun üzərində zorakılıq əlamətləri aşkarlanıb. Həyata keçirilən araşdırmalar nəticəsində qətlə yetirilən qadının 1968-ci il təvəllüdlü Nazilə Nüsrət qızı Əmrahova olması müəyyənləşib.
Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əmrahovanı tanışı, 1970-ci il təvəllüdlü Zeynal Sadıqov tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub. Z.Sadıqov tutulub. Z.Sadıqov polisə verdiyi ilkin ifadəsində N.Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib.
Polisdən həmçinin bildirilib ki, qətli törədən Z.Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.