Qafqazın "qorxunc təhlükə"si daha 12 il davam edəcək

19-11-2014, 23:25   

Ermənistanın Türkiyə sərhədinə 16 kilometr məsafədə yerləşən Metsamor Nüvə Stansiyasının iş müddətinin 2026-cı ilə qədər uzadılmasına qərar verilib.

Metsamor Nüvə Stansiyasının 2016-cı ildə müddəti başa çatmalı idi, ancaq Rusiya stansiyanın fəaliyyətinin uzadılması üçün kredit ayırıb.

Ermənistanın Energetika naziri Ervand Zaharyan ötən günlərdə verdiyi açıqlamada Metsamor stansiyası üçün Rusiyanın 270 milyon dollar kredit və 30 milyon dollar qrant verəcəyini söyləmişdi. Dünyanın ən təhlükəli nüvə stansiyasının fəaliyyətinin uzadılmasına dair texniki işləri isə Rusiyaya bağlı "Rosatom" şirkəti tərəfindən həyata keçiriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.