Türkiyə Müdafiə Nazirliyi ölkə ərazisinə 3 ədəd hava mərmisi atıldığını açıqlayıb.
Silahlı Qüvvələrin Baş Qərargahından verilən məlumata əsasən, mərmilər Suriyada İŞİD-PYD qarşıdurması zamanı Türkiyə ərazisinə düşüb. Qarşılığında isə Türk Silahlı Qüvvələri qarşıdurma gedən bölgəyə hava zərbələri endirib.