IŞİD xeyli itki versə də bunu gizlətməyə çalışır
İŞİD terror qruplaşmasnın lideri Əbubəkr əl-Bağdadinin maliyyə işlərdən məsul köməkçisi öldürülüb.
dünən koalisiya qüvvələrinə aid döyüş təyyarələrinin Devase bölgəsinə endirdiyi hava zərbələri nəticəsində Bağdadinin köməkçisi Vesam Falah Elşemerin öldürüldüyü bildirilib.
Kürdlərə yaxın media qurumları xəbər verir ki, hava əməliyyatları nəticəsində İŞİD xeyli itki versə də bunu gizlətməyə çalışır.
Qeyd edək ki, İraq aviasiyasının noyabrın 12-də Mosulun qərbində IŞİD mövqelərini təşkil etdiyi hücum nəticəsində, təşkilatın Telafer "əmiri" Əbu Ebdurrahman Kado, 11 noyabrda isə Diyalada Maaz Akram Ravi, Tarık Əhməd Vahab Sebaqi, Munhel Kazım Cumeyli və İbrahim Akrem Teki adlı İŞİD rəhbərliyinə daxil olan şəxslər öldürülüb.
İraq Ordusu noyabrın 2-də təşkilatın "Saidiyyə müftisi"nin məhv edildiyini açıqlamışdı