"Biz tərəfləri helikopter vurulan ərazidə və ətrafında atəşi dayandırmağa, həmin ərazilərin minalardan təmizlənməsi prosesini asanlaşdırmağa çağırırıq”. APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədirləri, səfir İgor Popov (Rusiya), Ceyms Uorlik ( ABŞ), Pyer Andriunun ( Fransa) birgə bəyanatında bildirilib.
Həmsədrlər hərbi helikopterin vurulduğu əraziyə giriş imkanı olmadığına görə narahatlıqlarını ifadə ediblər. Bəyanatda qeyd edilib ki, helikopterin qalıqları "qoşunların təmas xəttində, neytral minalanmış ərazidədir”. Həmsədrlər tərəfləri atəşkəs rejiminə, həmçinin Soçi, Nyuport, Paris şəhərlərində əldə olunmuş razılıqlara riayət etməyə çağırıblar.
Qeyd edək ki, həmsədrlərin bəyanatında "qoşunların təmas xəttində, neytral minalanmış ərazi” kimi qeyd olunan ərazi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış və hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazisidir.