“Azəriqaz” Ağsuda qoçuluq edir

1-05-2014, 17:39   
“Azəriqaz” Ağsuda qoçuluq edir
Dünən saytda "SOCAR-ın işçisi vətəndaşa hədə-qorxu gəlir" başlıqlı yazıdan sonra bu gün səhər Ağsu rayon qaz istismar idarəsinin rəisi Xəyyam Allahverdiyev bir neçə nəfərlə birlikdə Siyavuş Əfəndiyevin evinə gələrək ona yenidən hədə-qorxu gəlib. Siyavuş Əfəndiyevin İnterpress.az-a verdiyi xəbərə görə, Xəyyam Allahverdiyev özü ilə qaynaq cihazı gətirib. O, abonentin qaz borusunu kəsəcəyi ilə hədələyib. Xəyyam Allahverdiyev deyib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin müavini Mikayıl İsmayılovun adını hallandırdığına görə onun başını ağrıdacaq. Siyavuş Əfəndiyev bildirib ki, Xəyyam Allahverdiyev “SOCAR-ın mühafizə xidmətinə tapşıracam ki, sənin başına oyun açsınlar”- deyərək onu hədələyib.
Siyavuş Əfəndiyev redaksiyaya zəng edərək qorxduqları üçün evdən bayıra çıxa bilmədiklərini bildirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.