İsa Qəmbərdən mövqe: “Arif Hacılı ilə bir yerdəyəm”

24-11-2014, 11:10   
İsa Qəmbərdən mövqe: “Arif Hacılı ilə bir yerdəyəm”




“Biz qurultay sonrası araqarışdıranlarla üzbəüz qalmışıq. Mən oktyabrın 11-də Məclisdə çıxış edərkən bu məsələyə toxunmuşam. Mənim mövqeyim dəyişməyib”.


“Qafqazinfo” mia.az-a istinadən xəbər verir ki, bunu dünən Müsavat Partiyasının ümumrespublika müşavirəsində çıxış edən partiyanın keçmiş başqanı İsa Qəmbər deyib.O, bildirib ki, həmin vaxtdan bu günə kimi bu məsələlərlə bağlı çıxış etməyib və yalnız bir cümlə yazıb: “Narazıların bir qrupu deyir ki, seçkinin nəticələrindən narazı deyillər, ancaq partiyadaxili demokratiya olmalıdır. Ən böyük qismi isə deyir ki, seçkilərdə ədalət prinsipi pozulub. Ən kiçik qrupu isə saxtakarlığın olduğunu bəyan edib. Kimlərinsə partiyanı saxtakarlıqda ittiham etməsini necə normal qəbul edə bilərik? Hakimiyyət üçün Müsavatın saxtakarlıqda ittiham olunmasından gözəl nə ola bilər? Problem partiyanın içində deyil, hakimiyyətlə Müsavat arasındadır. Biz söz azadlığından danışırıq, bəziləri isə söyüş azadlığı istəyir. Bu şəkildə bizə demokratiya dərsi keçməyə cəhd edirlər”.

O, partiya daxilində fraksiya yaratmaq istəyənlərə də cavab verib: "Hər birimiz Müsavata daxil olanda Nizamnamənin tələblərini yerinə yetirəcəyimiz barədə öhdəlik götürmüşük. Partiyanın strukturlarına legitim qurum yaradıla bilməz. Təəssüflər olsun ki, Müsavatda məğlub tərəf Mərkəzi Nəzarət-Təftiş Komissiyası tərəf saxlamaqda ittiham edir. Qurultaya qədər MNTK tərəfsiz idi, qurultaydan sonra tərəfə çevrildi? Burda bildirdilər ki, MNTK tərəfsiz olmalıdır. Çox maraqlı tezisdir. Amma nədənsə, seçki dövründə MNTK-nın tərəfsiz olması zərurəti haqqında danışmırdılar”.

Qubad İbadoğlu isə buna etiraz edərək: "Qurultaya qədər MNTK tərəf olubsa, bu yanaşma ilə yenə tərəf olmalıdır” - deyə sual ünvanlayıb.

İ. Qəmbər səsini ucaldaraq, "sadəcə, prinsipial olmaq lazımdır, Qubad bəy. "Bu mənim xeyrimədirsə, olmalı, xeyrimə deyilsə, olmamalıdır” deyə bir şey yoxdur”.

Q. İbadoğlu İ. Qəmbərə "Niyə əsəbiləşirsiz?" deyib. A. Hacılı isə Q. İbadoğluna yerdən danışmamağı məsləhət görüb.

İ. Qəmbər çıxışına davam edərək, hər şeyin aydın göründüyünü bildirib. O, yeni qurultay tələbinin partiyanın əleyhinə yönəldiyini vurğulayıb: "Narazıların fəaliyyətləri gec, ya tez, Nizamnamə ilə ziddiyyət təşkil edəcək. Hər kəs nə istədiyini ayrı şəkildə müəyyənləşdirsin. Yeni qurultay ideyası partiyaya qarşı yönəlmiş ideyadır. Cəhd edə bilərsiniz, bacarın görək necə olacaq? Amma Nizamnamə hallarının pozulması baş verərsə, bunun qarşısı alınacaq. Partiyanı hədələmək, xəyanətdir. Bunun adı yoxdur. Mən Müsavat Partiyasının seçdiyi Arif Hacılı ilə bir yerdəyəm. Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.

Bundan sonra zalda yenidən qalmaqal yaranıb, yerdən "İsa Qəmbər qurultay iştirakçılarına təzyiq edib” şüarları səsləndirilib.

İ. Qəmbər isə əsəbi halda "bəsdirin, bu qədər yalan olmaz, yalan danışmayın. Mən təzyiq etsəydim, Arif Hacılı 228 yox, 350 səs toplayardı”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.