ABŞ rəsmiləri bildirirlər ki, ABŞ müdafiə naziri Çak Heygel istefa verib. Rəsmilər bunu New York Times qəzeti Heygelin istefa verməsi barədə yazandan sonra deyiblər.
Qəzetin məlumatına görə,Obama Heygelin istefasını qəbul edib və bu barədə Ağ Evin bəyanatını noyabrın 24-də elan edəcək. Heygelin istefasından qabaq hökumət opponentləri Əfqanıstandakıvə eləcə də Suriyada, İraqda İslam Dövləti yaraqlılarına qarşı hərbi əməliyyatları tənqid edirdi.
68 yaşlı Heygel yeni müdafiə naziri təyin olunana qədər bu vəzifəni icra etməkdə davam edəcək.